Vado Korovin vəzifəsindən gedib? - AÇIQLAMA

Vado Korovin vəzifəsindən gedib? - AÇIQLAMA

Hazırda oxunan: Vado Korovin vəzifəsindən gedib? - AÇIQLAMA
606950
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün bir sıra xəbər saytlarında və sosial şəbəkələrdə "Space" televiziyasının baş direktoru Vado Korovinin vəzifəsindən getməsi ilə bağlı məlumatlar yayılıb. İddialara görə, direktor bu gün bütün departament rəhbərləri ilə vidalaşıb.

Bizim.Media xəbər verir ki, Manset.az məsələ ilə bağlı Vado Korovinlə əlaqə saxlamağa çalışsa da, o, telefon zənglərinə cavab verməyib.

Daha sonra kanalın baş direktorunun müavini Nəriman Əbdüləliyevlə əlaqə saxlanılıb. Nəriman Əbdüləliyev Vado Korovinin vəzifədən azad edilməsi ilə bağlı yayılan məlumatları təkzib edib:

"Bəli, hazırda kanalda yoxlamalar aparılır. Yoxlamalar Audiovizual Şura tərəfindən həyata keçirilir. Lakin Vado Korovinin vəzifədən azad olunması ilə bağlı məlumat yanlışdır. Hələ ki belə bir qərar yoxdur. Bu gün iclas keçirilməli idi, müəyyən səbəblərdən baş tutmadı. Sabah saat 12:00-da iclasımız var. Vado müəllim də həmin iclasda iştirak edəcək", - deyə N.Əbdüləliyev bildirib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO