Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Hazırda oxunan: Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO
601502
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəhid general Polad Həşimovun anası Səmayə Həşimova ilə bağlı yayılan görüntülər sosial şəbəkələrdə böyük diqqət çəkib.

Bizim.Media “Milli.az”a istinadən xəbər verir ki, kadrlarda təyyarə heyətinin sərnişinlər arasında şəhid generalın anası - Səmayə xanımın olduğunu elan etdiyi görünür.
 

Təyyarə ekipajı Səmayə xanıma xüsusi təşəkkür və minnətdarlıqlarını bildirib, eyni zamanda Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət oxunub. Təyyarədə olan sərnişinlər də bu anları alqışlarla qarşılayıb. Həmin təsirli məqamların görüntüləri daha sonra sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub.


Qeyd edək ki, Polad Həşimov Azərbaycan Ordusunun general-mayoru olub. O, 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Polad Həşimov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda xidmətləri ilə tanınan hərbçilərdən biri idi.

Şəhid generalın qəhrəmanlığı və vətənpərvərliyi Azərbaycan cəmiyyətində böyük hörmətlə xatırlanır. Onun anasına göstərilən bu ehtiram da sosial şəbəkə istifadəçiləri tərəfindən qürur və minnətdarlıq hissi ilə qarşılanıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO