Türkiyənin 2 vətəndaşı İrandan Azərbaycana gəldi - FOTO

Türkiyənin 2 vətəndaşı İrandan Azərbaycana gəldi - FOTO

Hazırda oxunan: Türkiyənin 2 vətəndaşı İrandan Azərbaycana gəldi - FOTO
599044
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Astara Sərhəd Gömrük Keçid Məntəqəsindən Türkiyənin 2 vətəndaşının Azərbaycan ərazisinə keçidi təmin edilib.

Bizim.Media xəbər verir ki, Türkiyə vətəndaşı Əmrə jurnalistlərə açıqlamasında bildirib ki, iş məqsədilə İran İslam Respublikasında olub. Bölgədə yaranmış gərgin vəziyyətdən sonra ölkəni tərk etmək qərarına gəlib. Onun sözlərinə görə, əhali arasında təşviş müşahidə olunur, yollarda ciddi sıxlıq yaranıb və adətən 6 saat çəkən səfər 2 gün davam edib. Əmrə hazırda özünü təhlükəsiz hiss etdiyini qeyd edərək göstərilən dəstəyə görə minnətdarlığını bildirib.


Bununla yanaşı, 13 nəfər Tacikistan vətəndaşı olan tələbə və həkim briqadasının da sərhəddən keçidi təşkil olunub. Briqada rəhbəri deyib ki, Tehranda təhsil aldıqları müddətdə baş verən partlayışlardan sonra ölkəni tərk etməyə məcbur qalıblar. Sərhədi keçərək Azərbaycana daxil olduqlarını bildirən rəhbər göstərilən köməyə görə təşəkkür edib.

Türkiyənin 2 vətəndaşı İrandan Azərbaycana gəldi - FOTO - foto 1
Türkiyənin 2 vətəndaşı İrandan Azərbaycana gəldi - FOTO - foto 2


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO