
- A-
- A
- A+
Cəmiyyət
16:43 / 04.02.2023
1 dəq oxunma
Qənirə Paşayeva Yunus Əmrə İnstitutunun başqan müavini ilə görüşüb
Hazırda oxunan: Qənirə Paşayeva Yunus Əmrə İnstitutunun başqan müavini ilə görüşüb
593891
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva qardaş Türkiyənin nüfuzlu qurumlarından olan Yunus Əmrə İnstitutunun başqan müavini Dr. Abdullah Qutalmış Yalçın və İnstitutun Bakı Türk Mədəniyyət Mərkəzinin başqanı Səlcuq Qaraqılıcla görüşüb.
Moderator.az xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə Türk dünyası, mədəniyyət, təhsil məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran mövzular müzakirə edilib.
Müzakirələrdə əlamətdar yubileylər – Ümummilli lider Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyəti qurulmasının 100-cü ildönümü ilə bağlı silsilə tədbirlər, görüləcək işlər, planlar dəyərləndirilib.
Görüş üçün Komitə sədrinə təşəkkür edən A.Q.Yalçın ona İnstitutun xatirə hədiyyəsini, Q.Paşayeva isə A.Q.Yalçına xarıbülbül motivli xatirə hədiyyəsi təqdim edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən




























































































