Beynəlxalq axtarışa verilmiş 3 nəfər Azərbaycana ekstradisiya EDİLDİ

Beynəlxalq axtarışa verilmiş 3 nəfər Azərbaycana ekstradisiya EDİLDİ

Hazırda oxunan: Beynəlxalq axtarışa verilmiş 3 nəfər Azərbaycana ekstradisiya EDİLDİ
591602
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşları Məmmədov Ruad Yaşar oğlu, Əsgərov Xəyal Rasim oğlu və Əyyubov Zaur Əyyub oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri müvafiq olaraq Rusiya Federasiyasının və Qazaxıstan Respublikasının Baş Prokurorluqları tərəfindən təmin edilib.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Məmmədov Ruad Yaşar oğlu və Əsgərov Xəyal Rasim oğlunun külli miqdarda zərər vurmaqla dələduzluq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilmiş və ibtidai istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa verilib.

Qeyd olunan şəxslər Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycan Respublikasına gətirilib.

Eyni zamanda, Yasamal rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə xeyli miqdarda ziyan vurmaqla törədilmiş oğurluq cinayət əməlinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Əyyubov Zaur Əyyub oğlu məhkəmədən gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib, Qazaxıstanın ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycan Respublikasına gətirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO