Azərbaycanlı alim ABŞ-da SAXLANILDI

Azərbaycanlı alim ABŞ-da SAXLANILDI

Hazırda oxunan: Azərbaycanlı alim ABŞ-da SAXLANILDI
590955
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-da yaşayan azərbaycanlı alim Şövqi Hüseynov bu ölkənin İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) əməkdaşları tərəfindən saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Investigative Post” nəşri yayıb.

Bildirilib ki, Baffalo Universitetinin professoru olan azərbaycanlı neyrobioloqun ölkədən deportasiya ediləcəyi gözlənilir.

Məlumata görə, Ş.Hüseynovun daha əvvəl məhkumluğu olmayıb və ona 2021-ci ildə 2029-cu ilə qədər ABŞ-da işləmək icazəsi verilib.

Onun saxlanılmasına səbəb olan hadisə isə yanvarın 7-də qeydə alınıb.

Belə ki, Ş.Hüseynov yanvarın 7-də avtomobillə Baffalo şəhərini Kanadanın Ontario şəhəri ilə birləşdirən Niaqara çayının üzərində yerləşən “Peace” körpüsünü keçib və səhvən Kanada ərazisinə daxil olub. Alim geri qayıdarkən ABŞ sərhədçiləri tərəfindən saxlanılıb.

Nəşr yazır ki, ABŞ-ın Gömrük və Sərhəd Xidmətinin adı açıqlanmayan nümayəndəsinin sözlərinə görə, qurum əməkdaşları onun ABŞ-dan deportasiya edilə biləcək şəxs olduğunu müəyyən edərək onu ICE nümayəndələrinə təhvil veriblər.

Bununla belə, Hüseynovun konkret saxlanılma səbəbi açıqlanmayıb. Onun hazırda Batavia şəhərində istintaq təcridxanasında saxlanıldığı qeyd olunub.

Bildirilib ki, nəşrin nümayəndələri professorla əlaqə saxlamağa çalışsa da, buna nail ola bilməyiblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO