Şuşada ilk istehsal müəssisəsi fəaliyyətə başladı - FOTOLAR

Şuşada ilk istehsal müəssisəsi fəaliyyətə başladı - FOTOLAR

Hazırda oxunan: Şuşada ilk istehsal müəssisəsi fəaliyyətə başladı - FOTOLAR
5869
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində topraqlarımız işğaldan azad olundu. Bu böyük zəfər iqtisadi imkanların genişlənməsi və yeni layihələrin icrası, eyni zamanda, sahibkarlıq üçün də geniş imkanlar açır.

İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya bildirilib ki, bu imkanlardan yararlanan “Sumqayıt-Çörək” ASC nazirliyin dəstəyi ilə mədəniyyət beşiyi hesab olunan Şuşada ilk istehsal müəssisəsi - çörək istehsalı sahəsi açıb.

20 gün ərzində təşkil edilmiş müəssisə gündəlik olaraq 2 çeşiddə 5000 ədəd çörək istehsal edir. İstehsal sahəsində 10 nəfər işlə təmin olunub. Müəssisə bölgədə xidmət aparan əsgər və zabitlərimizi çörəklə təmin edir.

Fasiləsiz işin təşkili məqsədilə müəssisə fərdi generatorla, su sistemi ilə təmin olunub. Tələbatın artacağı təqdirdə istehsalın həcminin və məhsul çeşidinin artırılması, yeni iş yerlərinin açılması nəzədə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO