İƏGF Avrasiya Regional Mərkəzinin 15 illiyi KEÇİRİLDİ - FOTO

İƏGF Avrasiya Regional Mərkəzinin 15 illiyi KEÇİRİLDİ - FOTO

Hazırda oxunan: İƏGF Avrasiya Regional Mərkəzinin 15 illiyi KEÇİRİLDİ - FOTO
584706
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi) fəaliyyətinin 15 illiyi ilə bağlı diplomatik qəbul keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə Azərbaycanda təmsil olunan səfirliklərin nümayəndələri, gənclər və idman naziri Fərid Qayıbov, digər nazirlik və qurumların təmsilçiləri, QHT nümayəndələri, eləcə də millət vəkilləri iştirak ediblər.

Toplantıda İƏGF Avrasiya Regional Mərkəzinin 15 illik fəaliyyəti dövründə İƏT məkanında gəncliyin inkişafına və beynəlxalq əməkdaşlığa verdiyi töhfələri əks etdirən videoçarx nümayiş etdirilib.

Daha sonra İƏGF Avrasiya Regional Mərkəzinin idarə heyətinin sədri Elçin Əsgərov çıxış edərək İƏT-in ilk gənclər platformu olan İƏGF-nun 2004-cü ildə Azərbaycan hökumətinin və şəxsən prezident İlham Əliyevin dəstəyi ilə Bakıda təsis olunduğu, Avrasiya Regional Mərkəzinin də Azərbaycan hökumətinin dəstəyilə Bakıda yaradıldığını qeyd edib.

Gənclər və idman naziri Fərid Qayıbov öz çıxışında İƏGF Avrasiya Regional Mərkəzi ilə Gənclər Sivilizasiyaların İttifaqı uğrunda, İƏT Modeli, İƏT Gənclər Paytaxtı layihələri və İƏT Gənclər Nazirləri Şurasının katibliyinin təsis olunması çərçivəsində əməkdaşlıqdan məmnunluq duyduğunu bildirərək, bundan sonra da nazirliyin Mərkəzlə əməkdaşlığa davam edəcəyini vurğulayıb.

Daha sonra bütün diplomatik korpus adından Mərakeş krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohammed Adil Embarç təbrik nitqi ilə çıxış edərək, Avrasiya Regional Mərkəzinin 15 il ərzində qloballaşan dünyada artan risk, təhlükə və çağırışların fonunda İƏT ölkələri gəncliyinin inkişafına və şəbəkələşməsinə, onların liderlik bacarıqlarının artırılması işinə verdikləri töhfələrdən bəhs edib.

Tədbir çərçivəsində bu il dekabr ayının 6-da Bakıda keçirilmiş İƏT Xarici İşlər nazirlərinin simulyasiyasında xüsusi bacarıqları və fəallıqları ilə fərqlənmiş 9 gənc iştirakçı fərqlənmə sertifikatı və mükafatlarla təltif olunublar.

Tədbir İƏT ölkələrini təmsil edən mədəniyyət proqramı ilə davam edib.

İƏGF Avrasiya Regional Mərkəzinin 15 illiyi KEÇİRİLDİ - FOTO - foto 1
İƏGF Avrasiya Regional Mərkəzinin 15 illiyi KEÇİRİLDİ - FOTO - foto 2
İƏGF Avrasiya Regional Mərkəzinin 15 illiyi KEÇİRİLDİ - FOTO - foto 3
İƏGF Avrasiya Regional Mərkəzinin 15 illiyi KEÇİRİLDİ - FOTO - foto 4
İƏGF Avrasiya Regional Mərkəzinin 15 illiyi KEÇİRİLDİ - FOTO - foto 5
İƏGF Avrasiya Regional Mərkəzinin 15 illiyi KEÇİRİLDİ - FOTO - foto 6
İƏGF Avrasiya Regional Mərkəzinin 15 illiyi KEÇİRİLDİ - FOTO - foto 7
İƏGF Avrasiya Regional Mərkəzinin 15 illiyi KEÇİRİLDİ - FOTO - foto 8
İƏGF Avrasiya Regional Mərkəzinin 15 illiyi KEÇİRİLDİ - FOTO - foto 9
İƏGF Avrasiya Regional Mərkəzinin 15 illiyi KEÇİRİLDİ - FOTO - foto 10
İƏGF Avrasiya Regional Mərkəzinin 15 illiyi KEÇİRİLDİ - FOTO - foto 11
İƏGF Avrasiya Regional Mərkəzinin 15 illiyi KEÇİRİLDİ - FOTO - foto 12
İƏGF Avrasiya Regional Mərkəzinin 15 illiyi KEÇİRİLDİ - FOTO - foto 13
İƏGF Avrasiya Regional Mərkəzinin 15 illiyi KEÇİRİLDİ - FOTO - foto 14
İƏGF Avrasiya Regional Mərkəzinin 15 illiyi KEÇİRİLDİ - FOTO - foto 15
İƏGF Avrasiya Regional Mərkəzinin 15 illiyi KEÇİRİLDİ - FOTO - foto 16
İƏGF Avrasiya Regional Mərkəzinin 15 illiyi KEÇİRİLDİ - FOTO - foto 17
İƏGF Avrasiya Regional Mərkəzinin 15 illiyi KEÇİRİLDİ - FOTO - foto 18
İƏGF Avrasiya Regional Mərkəzinin 15 illiyi KEÇİRİLDİ - FOTO - foto 19
İƏGF Avrasiya Regional Mərkəzinin 15 illiyi KEÇİRİLDİ - FOTO - foto 20
İƏGF Avrasiya Regional Mərkəzinin 15 illiyi KEÇİRİLDİ - FOTO - foto 21
İƏGF Avrasiya Regional Mərkəzinin 15 illiyi KEÇİRİLDİ - FOTO - foto 22
İƏGF Avrasiya Regional Mərkəzinin 15 illiyi KEÇİRİLDİ - FOTO - foto 23

Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO