Şuşanın girişinə bayraq sancan polkovnik həmin anları danışdı - Video

Şuşanın girişinə bayraq sancan polkovnik həmin anları danışdı - Video

Hazırda oxunan: Şuşanın girişinə bayraq sancan polkovnik həmin anları danışdı - Video
646767
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Vətən müharibəsi iştirakçısı, polkovnik Rəşad Aslanov Şuşanın azad edilməsi və Zəfər Günü ilə bağlı xatirələrini danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, Baku TV-nin "Aydın tarix" verilişinin yeni buraxılışında söz açıb.

Polkovnik bildirib ki, 8 Noyabr - Zəfər Günü dedikdə ilk növbədə şəhidlərimiz, Şuşa şəhərinin silueti və onun üzərində dalğalanan üçrəngli bayrağımız göz önünə gəlir.

Polkovnik əsgərlərin nümayiş etdirdiyi yüksək döyüş ruhundan danışarkən yaddaşında iz qoyan hadisələrdən birini xatırlayıb:

"Döyüşlər zamanı yanımda olan bir əsgər qarın nahiyəsindən güllə yarası aldı. Həyatı üçün təhlükə yox idi, ölümcül yara deyildi. Uzanıb kəlmeyi-şəhadət oxuyur və gülürdü. Soruşdum ki, nə edirsən? Dedi ki, sevinirəm, şəhid olacağam. Onların bir qayəsi var idi: ya şəhid olacaqdılar, ya da qazi".

Rəşad Aslanov, həmçinin Şuşanın girişindəki ermənicə yazının üzərindən Azərbaycan bayrağını necə asdığını da danışıb:

"Müharibədən əvvəl sosial şəbəkələrdə Şuşa şəhərinin girişində onların öz dillərində yazdıqları yazını görəndə özümə və döyüş yoldaşlarıma söz vermişdim ki, oraya çatsam, bayrağımızı həmin yazının üzərindən asacağam. Şuşaya çatanda döyüş yoldaşlarım məni mühafizə etdilər. Düşmən artilleriyası ətrafa mərmilər yağdırsa da, qalxıb gözəl üçrəngli bayrağımızı həmin yazının üzərindən asdım. O qədər böyük qürur hissi keçirirdik ki, atışmanı və düşmən mərmilərini heç hiss etmirdik".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO