
- A-
- A
- A+
Hindistan ölkədən rusiyalıları qovur
Hindistan hakimiyyəti rusiyalıların ölkədən deportasiyasını intensivləşdirib. Son bir həftə ərzində bu tədbir altı nəfərə şamil olunub.
Bizim.Media xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.
Üç nəfər artıq Rusiyaya göndərilib, daha üç nəfərin deportasiyası üçün hazırlıq görülür. İmmiqrasiya xidməti turistlərin məskunlaşdığı Mandrem, Kerim və Pernem bölgələrindəki özəl evləri və qonaq evlərini yoxlayır.
Kerimdə keçirilən xüsusi reyd zamanı aralarında Rusiya vətəndaşlarının da olduğu beş əcnəbi aşkarlanıb. Onların deportasiya olunacağı bildirilir.
Kanalın məlumatına görə, deportasiya edilən kişilər turist vizalarının müddətini aşaraq ölkədə qalıblar. Onlardan ikisi daha əvvəl məhkum edilib, üçüncüsü isə ölkədən göndərilməzdən əvvəl müvəqqəti saxlama mərkəzində olub.
Bununla yanaşı, hotellərdən, qonaq evlərindən və ev sahiblərindən əcnəbilərin yerləşdirilməsi barədə məlumatları 24 saat ərzində C-Form vasitəsilə təqdim etmək tələb olunur.
Jurnalistlərin bildirdiyinə görə, reydlər immiqrasiya nəzarətinin sərtləşdirilməsi, cinayətkarlıq və qanunsuz bizneslə mübarizə tədbirləri ilə əlaqədardır.
Son aylarda Qoa ştatından 160 əcnəbi deportasiya edilib. Onların arasında onlarla Rusiya vətəndaşı da var.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































