
- A-
- A
- A+
Rütte: “Müharibə bitdikdən sonra Zelenski ilə huşumuzu itirənədək içəcəyik”
NATO-nun baş katibi Mark Rütte Ukraynada müharibə başa çatdıqdan sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə içki içərək bunu qeyd etməyi planlaşdırdığını bildirib.
Bizim.Media xəbər verir ki, Rütte bu barədə Niderlandın “Pauw & De Wit” televiziya proqramının efirində danışıb.
“Biz onunla İsveçrə Alplarında haradasa içki içəcəyik. Dağın zirvəsində oturub huşumuzu itirənə qədər içəcəyik. Planımız belədir”, – deyə NATO-nun baş katibi bildirib.
Rütte bu barədə Zelenski ilə artıq danışdığını və görüşə qırmızı şərab gətirəcəyinə söz verdiyini qeyd edib. Onun sözlərinə görə, Ukrayna Prezidenti müharibə başa çatdıqdan sonra İsveçrə dağlarında dincəlmək istədiyini daha əvvəl bildirib.
NATO-nun baş katibi, həmçinin Ukrayna Prezidentinə səmimi hörmət bəslədiyini və onunla hər həftə məsləhətləşmələr apardığını vurğulayıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































