Venesuelanın “sirli neft kralı” ABŞ ilə milyardlıq müqavilə bağladı

Venesuelanın “sirli neft kralı” ABŞ ilə milyardlıq müqavilə bağladı

Hazırda oxunan: Venesuelanın “sirli neft kralı” ABŞ ilə milyardlıq müqavilə bağladı
646746
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Venesuelalı milyarder Alexandro Betankur Donald Tramp administrasiyasının ölkənin neft sektorunda əsas tərəfdaşına çevrilib. Onun Vaşinqtonun dəstəyi ilə ehtiyatları 63,7 milyard barel olan yataqları əhatə edən neft imperiyası qurduğu bildirilir.

Bizim.Media xəbər verir ki, The Washington Post-un məlumatına görə, 50 illik müqaviləyə əsasən, ABŞ Betankurun North American Blue Energy Partners (NABEP) şirkətinin 35 faizini faktiki olaraq ödənişsiz əldə edəcək. Betankur hasil etdiyi neftin 20 faizini ABŞ-a hər bareli 30 dollardan satmağı da öhdəsinə götürüb.

Milyarder 2023-cü ilin sonundan bəri gündəlik neft hasilatını 18 min bareldən təxminən 223 min barelə çatdırıb. İlin sonunadək bu göstəricini 275 min, gələn il isə 350 min barelə yüksəltməyi planlaşdırır.

Bununla belə, müxalifət lideri Mariya Korina Maçado müqaviləni şəffaf hesab etməyərək tənqid edib və hakimiyyətə gələcəyi təqdirdə ona yenidən baxıla biləcəyini bildirib.

Qeyd edək ki, Betankur əvvəllər Uqo Çaves tərəfdarlarının hökuməti ilə əməkdaşlıq edib. O, dövlət vəsaitlərinin mənimsənilməsi iddiaları ilə bağlı işdə adı hallanan sahibkarlardandır. İsveçrə və İspaniyada isə onun barəsində çirkli pulların yuyulması şübhəsi ilə araşdırmalar aparılır. Milyarder qanun pozuntularını inkar edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO