Tramp: “Biz İrandakı müharibəni bitirməyə çalışırıq”

Tramp: “Biz İrandakı müharibəni bitirməyə çalışırıq”

Hazırda oxunan: Tramp: “Biz İrandakı müharibəni bitirməyə çalışırıq”
646758
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ prezidenti Donald Tramp gələn həftə Çinin Şenjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində çinli və rusiyalı həmkarları Si Çinpin və Vladimir Putinlə görüşəcəyini düşünür.

Bizim.Media “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, bunu ABŞ lideri Floridanın Vest Palm Biç şəhərində jurnalistlərə açıqlaması zamanı deyib.

“Düşünürəm ki, görüşlərdən biri Prezident Putin və Prezident Si ilə olacaq. Və bu, maraqlı keçəcək. Biz bir çox məsələləri, o cümlədən nüvəsizləşdirməni müzakirə edəcəyik. Amma danışacağımız mövzular çoxdur. Biz İrandakı müharibəni bitirməyə çalışırıq və buna nail oluruq. Çünki tək etməli olduğumuz şey oranın nəfəsliyini kəsməkdir və biz bunu edirik”, - deyə ABŞ Prezidenti qeyd edib.

Tramp ABŞ-nin İranın quru tədarük marşrutlarının qarşısını almağı hədəfləyən “Dəmir Qapı” (Operation Iron Gate) əməliyyatının qüvvədə olduğunu qeyd edib: “Bu o deməkdir ki, quru yolu ilə heç nə daxil olmur. Bildiyiniz kimi, dəniz blokadası vasitəsilə də su yolu ilə heç nəyin daxil olmasına imkan verilmir”.

1989-cu ildə təsis edilmiş APEC-in tərkibinə Avstraliya, Kanada, Yaponiya, Çin, Rusiya və ABŞ da daxil olmaqla 21 ölkə üzvdür. Təşkilatın liderləri hər il bir araya gəlirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO