
- A-
- A
- A+
Cəmiyyət
17:38 / 26.12.2022
1 dəq oxunma
Metrostansiya açılan kimi yaxınlıqdakı evlərin qiyməti artdı - VİDEO
Hazırda oxunan: Metrostansiya açılan kimi yaxınlıqdakı evlərin qiyməti artdı - VİDEO
580906
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Xocəsən qəsəbəsində yeni metrostansiyanın açılması ətraf ərazilərdə satışa çıxarılan torpaq sahələrini 2 dəfə bahalaşdırıb.
Moderator.az xəbər verir ki, ərazidəki torpaq sahələri ilə yanaşı, fərdi evlərin qiymətində də artım müşahidə olunur.
Rieltor Mülkədar Rüstəmov deyib ki, qəsəbədəki fərdi evlərin qiymətində əvvəlki vaxtlarla müqayisədə xeyli artım var.
Həmin ərazidə torpaq sahələrinin əksəriyyəti bələdiyyə sənədi ilə verilib. Ümumi olaraq isə bu ərazilərin siyahılaşdırılması nəzərdə tutulub. Bu prosesin yekunlaşması qiymətləri yenidən dəyişə bilər.
Rieltor bildirib ki, metronun "Xocasən" stansiyasının açılışına görə qiymət artımı təkcə həmin ərazidə deyil, Qaradağ rayonunun Lökbatan qəsəbəsinə də təsir edib. Çünkü yeni stansiyanın istifadəyə verilməsi bu istiqamətdən hərəkət edən vətəndaşların da işini asanlaşdırıb.
Mövzu ilə bağlı daha ətraflı Xəzər Xəbər-in videomaterialını təqdim edirik:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.































































































