"Azərbaycan Serbiya ilə əlaqələri daha da genişləndirir"

Hazırda oxunan: "Azərbaycan Serbiya ilə əlaqələri daha da genişləndirir"
580421
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Bildiyimiz kimi bir müddət əvvəl ölkə Prezidenti İlham Əliyev Serbiya Respublikasına rəsmi səfər etdi. Bu səfər çərçivəsində ölkəmizin milli maraqlarına uyğun olaraq Azərbaycan və Serbiya arasında  ticarət, nəqliyyat-logistika, energetika, müdafiə sənayesi və digər məsələlərdə iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olundu.
 
Bir müddətdən sonra yəni - 21 dekabrda  Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycana rəsmi səfərə gəldi, Prezident İlham Əliyevlə təkbətək görüşdü və daha  sonra Prezidentlər  birgə mətbuata  bəyanat verdilər.
 
Bəyanatda hər iki ölkənin öz resurslarından səmərəli istifadəsindən, müstəqil siyasət yürüdən ölkələr olmağından, iki ölkə arasında əlaqələrin yüksələn dinamika ilə inkişafından söz edilmişdir.
 
Prezident İlham Əliyev beynəlxalq təşkilatların uzun müddət ölkəmizə qarşı ikili standartlarla yanaşdığını xüsusi ilə qeyd etmişdir. Ölkəmizin 20 faiz torpaqları 30 ilə yaxın idi ki, Ermənistan tərəfindən işğala məruz qaldığı bu müddətdə BMT Təhlükəsizlik Şurası tərəfindən işğal  edilmiş ərazilərin qeyri-şərtsiz boşaldılmasını tələb edən qətnamələrin icra olunmadığını bir daha diqqətə çatdırdı. Eyni zamanda bu münaqişənin həll variantı kimi müharibənin olmasının qeyri-mümkünlüyünü və digər yollarla işğalçılara əlavə vaxt qazandırdılar.
 
2020-ci il sentyabr ayının 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi növbəti təxribata əks hücumla başlanan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünü bərpa edilməsi və eyni zamanda regionda terrorçuluğa, işğalçılığa son qoyulmasına, sülhün təmin olunmasına səbəb oldu. Azərbaycan Vətən müharibəsiylə münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi beynəlxalq  qətnamələrin icrasını özü həyata keçirmiş oldu.
 
Bütün Beynəxalq sənədlərdə Qarabağın əzəli Azərbaycan ərazisi olduğunun qəbul edilməsinə baxmayaraq,  44 günlük müharibə dövründə də bir sıra beynəlxalq təşkilatlar və ölkələr ölkəmizə  qarşı qərəzli mövqedən çıxış etməklə özlərinin ikili standartlarını bir  daha ortaya qoymuş oldular. İndi artıq müharibə bitib, haqq-ədalət zəfər çalıb və Azərbaycan regionda sülhün təminatçısıdır. Sülhün davalı təmin edilməsi üçün biz əlimizdən gələni edəcəyik.
 
Ordu ölkəmizin təhlükəsizliyinin və ərazi bütövlüyünün təminatçısıdır. Biz ordumuzun inkişafını bundan sonra da davam etdirəcəyik. Müdafiə sənayesi sahəsi iki ölkə arasında  perspektiv əməkdaşlıq istiqamətlərindən biridir. Hər iki ölkənin bu sahədə potensialı var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması da gözlənilir.
 
Ümumiyyətlə ölkəmiz müdafiə sənayesi sahəsində bir çox uğurlara imza atmışdır. Bu gün Azərbaycan 1000 addan artıq silah-sursat növü istehsal edir. Ordumuzda  ən müasir maddi-texniki bazanın yaradılmasında özümüzün istehsal etdiyimiz silah-sursatlardan da geniş istifadə edilir. Eyni zamanda istehsal etdiyimiz silah və sursatlar əməkdaşlıq etdiyimiz ölkələrə ixrac edilir.
 
Azərbaycan hər zaman əməkdaşlıq etdiyi ölkələrin etibarlı tərəfdaşı və eyni zamanda bu gün  Avropanın ən etibarlı  enerji təminatçısı olmağı bacarmışdır. Bu gün də bu istiqamətdə regional və beynəlxalq layihələrə imza atmaqda davam edir.
 
Liza Cabbarova - Bərdə şəhər T.İsmayılov adına 1 nömrəli tam orta məktəbin tədris işləri üzrə direktor müavini
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO