Ermənistan-Azərbaycan sərhədində baş verən yanğın DAVAM EDİR

Ermənistan-Azərbaycan sərhədində baş verən yanğın DAVAM EDİR

Hazırda oxunan: Ermənistan-Azərbaycan sərhədində baş verən yanğın DAVAM EDİR
580293
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanla Ermənistan arasındakı ərazidə baş vermiş yanğının böyüməsinin qarşısının alınması istiqamətində işlər davam etdirilir.

Bizim.Media report-a istinadən xəbər verir ki, Gədəbəy rayon İsalı, Dördlər və Mormor kəndlərinin Ermənistanla sərhədyanı ərazisində (neytral ərazi) dörd gündür davam edən yanğının kəndlərə, xüsusən də meşəlik sahələrə keçməməsi üçün Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Relyefin mürəkkəbliyi səbəbindən xüsusi texnikaları əraziyə cəlb etmək mümkün deyil.
 

Mütəmadi olaraq güclənən külək yanğınsöndürmə işlərini çətinləşdirsə də, yanğınla mübarizə tədbirləri əl üsulu ilə fasiləsiz olaraq davam etdirilir.


Qeyd edək ki, Azərbaycan və Ermənistan mediasında yayılan xəbərlərə görə, bir neçə gündür ki, Ermənistan-Azərbaycan şərti sərhədinin Gədəbəy rayonu istiqamətində genişmiqyaslı yanğınlar müşahidə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO