Duzdağ Müalicə Mərkəzinin ləğvi ilə bağlı RƏSMİ AÇIQLAMA

Duzdağ Müalicə Mərkəzinin ləğvi ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Duzdağ Müalicə Mərkəzinin ləğvi ilə bağlı RƏSMİ AÇIQLAMA
580005
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mediada “Naxçıvan Duz Muzeyinin ləğvi” ilə bağlı xəbər yayılıb. Həmçinin Duzdağ Müalicə Mərkəzinə aid fotoşəkillərin istifadə edilməsi ictimaiyyətdə müəyyən çaşqınlıq yaradıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda məşhur muzey LƏĞV EDİLDİ


Naxçıvan Muxtar Respublikası Həmkarlar ittifaqları Konfederasiyasından Bizim.Media - nın sorğusuna cavab olaraq bildirilib ki, Duzdağ Müalicə Mərkəzi Duz Muzeyindən fərqli qurumdur və öz fəaliyyətini tam şəkildə davam etdirir:

"Paylaşılan fotoşəkillər səhvən mərkəzimizə aid olduğu üçün bəzi oxucular tərəfindən mərkəzin də fəaliyyətini dayandırdığı kimi anlaşılmışdır.

Qeyd edirik ki, Duzdağ Müalicə Mərkəzi hal-hazırda fəaliyyətini genişləndirir, müasir tibbi xidmətlərin tətbiqi, yeni müalicə proqramlarının yaradılması və qonaqlar üçün rahat infrastrukturun təmin olunması istiqamətində ardıcıl işlər həyata keçirilir. Mərkəz həm yerli, həm də xarici qonaqlar üçün unikal təbii şəfa mühiti təqdim etməklə, regionun aparıcı sağlamlıq və turizm məkanlarından biri kimi fəaliyyət göstərir", - deyə bildirilib.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO