AZAL təyyarəsində NASAZLIQ: Sankt-Peterburqa geri qayıtdı - 155 sərnişin təxliyə olundu - FOTO/VİDEO

AZAL təyyarəsində NASAZLIQ: Sankt-Peterburqa geri qayıtdı - 155 sərnişin təxliyə olundu - FOTO/VİDEO

Hazırda oxunan: AZAL təyyarəsində NASAZLIQ: Sankt-Peterburqa geri qayıtdı - 155 sərnişin təxliyə olundu - FOTO/VİDEO
576160
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Uçuşun təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsinin kapitanı Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirərkən texniki səbəbdən (şassidə nasazlıq) geri qayıdaraq Pulkovo hava limanına eniş etməyə qərar verib.

Bu barədə Bizim.Media-ya AZAL-ın mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunur ki, bütün təhlükəsizlik prosedurlarına uyğun olaraq ekipaj enişdən əvvəl yanacağın müəyyən hissəsini sərf etməklə lazımi tədbirləri yerinə yetirib.

Təyinat üzrə müəyyən edilmiş qaydalara əsasən Sankt-Peterburq hava limanında fövqəladə və xilasetmə xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Təyyarə Bakı vaxtı ilə saat 04:43-də Pulkovo hava limanına uğurla enib. Eniş zamanı hava gəmisi uçuş-enmə zolağından cüzi kənara çıxıb.

Göyərtədə olan 155 sərnişin operativ şəkildə təxliyə olunub. Xəsarət alan yoxdur.

Sankt-Peterburqdan Bakıya sərnişinlərin daşınması üçün artıq digər AZAL təyyarəsi göndərilib.

AZAL sərnişinlərə göstərdikləri təmkin və anlayış üçün təşəkkürünü bildirir, Pulkovo hava limanının xidmətlərinə peşəkar və koordinasiyalı fəaliyyətlərinə görə minnətdarlığını ifadə edir.



AZAL təyyarəsində NASAZLIQ: Sankt-Peterburqa geri qayıtdı - 155 sərnişin təxliyə olundu - FOTO/VİDEO - foto 1
AZAL təyyarəsində NASAZLIQ: Sankt-Peterburqa geri qayıtdı - 155 sərnişin təxliyə olundu - FOTO/VİDEO - foto 2
AZAL təyyarəsində NASAZLIQ: Sankt-Peterburqa geri qayıtdı - 155 sərnişin təxliyə olundu - FOTO/VİDEO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO