Millət vəkili Qənirə Paşayeva özünün Facebook səhifəsində müəllif yazısı ilə çıxış edib.
Moderator.az həmin yazını təqdim edir:
Keçmiş zamanlarda könlü eşqlə, yanğı ilə dolu bir adam gün-düzlər əlində çıraq çarçıda-bazarda gəzib-dolaşarmış... Bir gün birisi ondan soruşur ki: “Günün günorta çağı əlindəki fənərlə dükan-bazarda nə axtarırsan belə? Gün işığında əlində tutduğun bu çıraqla nə tapa bilərsən axı? Yoxsa, bu camaatı ələ salmısan sən?”
Əliçıraqlı adam deyir: “Hər tərəfdə mən İlahinin nəfəsiylə diri olan gerçək insanı, könlü İlahi mərifətlərlə dolu bir insan axtarıram! Deyırəm görən, belə bir adam varmı?”
Bu sözü eşidən birisi deyir: “Ey insan, görmürsən ki, bu çarçı-bazar adamla doludur?”
Əlində fənər tutan adam ona diqqətlə baxaraq, dillənir: “İki yol ayrıcında ikən hiddətlənib özündən çıxmayan, tamaha uymayan, öz ehtirasını cilovlaya bilən, nəfsani istəklərinə qalib gələn insanın ax-tarışındayam mən! Əsəbiləşdiyi zaman şəhvət tələsinə şikar olduğu vaxt özünə “Dur!” ”“ deyən, səbir edib dözən insan oğlu hardadır, gö-rəsən?! Elə buna görə də mən hər gün küçə-küçə, məhəllə-məhəllə dolaşıb, belə birisni axtarıram! Dünyada bu iki halda ”“ yəni hiddətə və şəhvətə qapılanda özünü cilovlayan, səbirli davranan, dözən adamı mənə göstərin. Tapsanız, günü bu gün canımı ona fəda etməyə hazıram!”
Bu öykü hz. Mövlanənin sevə-sevə oxuduğum “Məsnəvi”sin-dəndir. Hərdən böyük filosof Diogenin adıyla da bağlayırlar. Bu öykünün sətiraltı anlamı incə mətləblər çatdırır, ciddi-ciddi düşünməyə səsləyir. Yüz illər keçib amma sanki bu gün üçün yazılıb. Bu gün də gerçək insanların sayı o qədər azalıb ki..! ”“ Bu öykünün qəhrəmanı kimi gündüzlər çıraqla aranacaq qədər...
Gerçək insan anlayışına bu kiçik öyküdə yetərincə aydınlıq gətirilib. Çevrəmizdə çoxdumu belə insanlar? Diqqətlə baxın... sonra isə düşünün... ”“ Özümüzdən başlaya bilmək üçün... Toplumun mənəvi təmizlənməsi üçün... Düşünmək... Təkcə bu günü yox, həm də sabahı...
P.S: Yeri gəlmişkən, bu öykü o qədər şairə mövzu verib ki!.. Birini heç unutmuram ”“ xalq şairi Rəsul Rza yazıb: “Dərdini kimə deyəsən, dünya dolu adamdı...”






































































































