60-cı illərdə Biləsuvar rayonunda, Kirov adına kolxozda pambıq yığımında Bəhriş kişini tanımayan yox idi. Bu kişi o qədər səbirli adam idi ki, onu heç cür hövsələdən çıxarmaq olmurdu. Hətta, bir dəfə briqadir onun qıçlarına ağacla o qədəq vurmuşdu, o qədər vurmuşdu ki”¦. Bəhriş kişi isə başını astaca qaldırıb briqadirə, “Vur, vur, hələ qızışmamışam” demişdi”¦
Başına it zülmü açılan, haqqı addımbaşı
tapdalanan, amma, hələ də ”žqızışmayan“ yazıq, bədbəxt günə qoyulmuş xalqım
heyyyyy...
Savadsız Universitetlərim heyyy...
Sovet
dönəmində cəmi bir Universitetimiz vardı, qalanları institutlar idi. Amma,
kimin həddi nə idi, oxumamış hansısa ali məktəbə qəbul olsun. Doğrudur, əyrı
yollarla ali məktəbə qəbul olmaq, oxumaq da mümkün idi, amma, bu o qədər azdı
ki, insanların yüksək savadlılıq səviyyəsinə cüzi təsir edirdi. Amma indi savad
şərt deyil, qəti şərt deyil. Belə
olsaydı, abituriyentlərin yarıdan çoxu savadsız olmazdı. Hüquqşunas - təhsil naziri, tarixçi ekologiya naziri postunu tutmazdı ki...
İndi
yuxarıdan gələn qeyri-rəsmi göstərişə hər an əməl edilməlidir: hamı savadsız
olmalıdır, çünki, savadsız kütləni idarə etmək daha asandır. İkincisi, cüzi
istisnalarla, lap istəyirsən dahi Albert Eynşteyn ol, xeyri yoxdur, təki, pulun
vaxtında çatsın. Tanışımın oğlu İqtisad Universitetini bitirib. Milli Məclisin
Elm və Təhsil Komitəsinin sədri, özünü prezidentin əsgəri hesab edən, dünənəcən
Şəmsəddin Hacıyevin rəhbərlik etdiyi İqtisad Universitetində diplomunu
vermirldiər ki, 5 min manat verməlisən. Yazıq ata 3000 manat aparıb, deyiblər,
mümkün deyil, 5000 min manat çatmasa, Əzrayıl da gəlsə, xeyri yoxdur. Deyirəm,
a kişi, bir ərizə ver, dur qırağa,səndən bu pulu istəyənlərin ciyərini çıxaraq.
Nə faydası, yazıq ata cürət eləmir, nədənsə qorxur, bu relimə qarşı getməyə cürəti
çatmır.
Ah,
özünü kölə gününə salmış xalqım heyyy...
Övladlarının namusu itirilən xalqım heyyy...
Emin
və Nigar Əhmdbəyovalar uzun müddət indi ancaq adı qalmış Bakıda xoşbəxt yaşamışdılar.
Emin Daxili İşlər Nazirliyində polis mayoru, xanımı Nigar da bu sistemdə
kapitan rütbəsində həkim işləmişlər. Bədbəxtçilik ondan başlamışdır ki, 2 uşaq
anası, cavan, yaraşıqlı xanım xatın Nigar xanımın rəisi ona, göz verib, işıq
verməmişdir... Bunu bilən, qeyrətini paqonundan yüksək tutan Emin bəy
azğınlaşmış rəisi yerində oturtmuş, dərsini vermişdi. Nəticədə... polisdə işini
itirmişdir. Yerli məhkəmələrdə hüquqlarını bərpa edə bilməmiş və Azərbaycan
tarixində ilk dəfə polis zabiti kimi Avropa Məhkəməsinə üz tutmuşdur. Yalnız
bundan sonra nazirlə görüşmüş, işinə bərpa edilməmiş, sadəcə, yenidən işə qəbul
edilmişdir. Bununla razılaşmayan Emin bəy yenidən Avropa Məhkəməsinə üz tutmuş,
bununla da nazirliyin qəzəbinə tuş gəlib və şərlənərək sifarişli məhkəmələrin
hökmü ilə 3 il azadlıqdan məhrum edilmişdir. Ərinin qanunsuz həbsi ilə
razılaşmayan kapitan Nigar xanım bütün təqiblərə, hədələrə baxmayaraq cəsarətlə
onun azad edilməsi üçün mübarizə aparmış, mətbuat konfransları keçirmiş, KİV
vasitəsilə cəsarətli bəyanatlar
vermişdir. Və nəticədə, analıq
məzuniyyətində ola-ola qanunsuz işdən çıxarılmışdır”¦ Həbsdən çıxan kimi
Əhmədbəyovlar qocalı-uşaqlı ölkəni tərk edərək Ukraynaya sığınmış, doğma
ocaqlarından didərgin düşmüşlər.
Ailəsinin
namusunu vətənində qoruya bilməyən, qızları, gəlinləri Türkiyədə, Dubayda
faciəvi həyat yaşayan xalqımın namusu heyyy...
”žSərxoşlara“ qalmış
səhiyyəm heyyy...
Cənub
regionundan olan köhnə dostum yaxın qohumunun mədəaltı vəzisindəki dəki ağrıdan
əziyyət çəkdiyini, Bakıda yaxşı bir mütəxəssis axtarmağı məndən xahiş etmişdi.
Araşdırdıq və bu sahədə Surxay professorun ən gözəl mütəxəssis olduğunu
məsləhət gördülər. Tanışım qohumunu götürüb Surxay professorun yanına, Bakı
şəhərindəki 5 nömrəli xəstəxanaya gəldi. Surxay professor bəri başdan ondan 2
min manat “zəhmət haqqı” aldı. Xəstəni bir dəfə əməliyyat elədi, iki dəfə
əməliyyat elədi, üç dəfə əməliyyat elədi, nəhayət, dördüncü dəfə əməliyyat
elədi və xərəkdə çölə çıxartdı ki, cavan oğlan gedib evində... rahat ölsun. Azərbaycanda
5800 manat xərci batan tanışım İranın bir əyalətində - Ənzəlidə 1 ay yatan
xəstəyə 1600 dollar xərc çəkdi və onu tam sağaldıb ailəsinə qovuşdurdu.
Tanışıma məsləhət gördüm ki, ”Səhiyyə nazirliyini ver məhkəməyə, təzminat al,
onlara dərs olsun, camaatı qırmasınlar”. Ehtiyat etdi, vermədi, çünki,
fikirləşdi ki, bir bəhanə ilə yaxıınını həkimlikdən çıxaracaqrlar.
Başsız,
”žsərxoşların“ ümidinə buraxılmış səhiyyəm, canına qorxu dolmuş, yiyəsiz qırılan
xalqım heyyy....
Zindanlarda çürüyən igidlərim heyyy...
22
ildir indiki iqtidar özlüyündə, guya Azərbaycanda seçkilər keçirir, büdcə pullarını
göyə sovurur Kaş heç belə yalanpıçı seçkilər keçirilməyəydi, əski parçasına
çevirdikləri ”žAna yasa“da da real vəziyyəti əks etdirən ”Azərbaycanda monarxiya
qurluşudur” yazılaydı . Özləri bülletenləri seçki qutularına dürtüşdürür,
özləri də ordan dartıb çıxarır. Pulla
satın alınmış seçki məntəqə üzvlərinin, müəllimlərin gözü qarşısında nəticələri
”ždüz-qoş“ edirlər. Bizdə, guya dubinka
gücünə olsa da belə, ”sabitli”yin tərəfdarı olan beynəlxalq birliklər, ölkəmizə
sağmal inək kimi baxan xarici dövlətlər adını eşidib, ancaq, üzünü görmədiyimiz
qara “ikra”nı gözünə təpə-təpə “Azərbaycan demokratiyaya doğru daha bir addım atdı”
deyəcəklər. Qardaş dediiymiz, amma bitib tükənməyən zülmümüzə biganə qalan,
saxta seçkiləri tanımağa ilk can atan, ”žƏdalət“ partiyası tərəfindən idarə
olunsa, da ədalətdən uzaq, “səmimi təbrikləri”ni gözümüzə soxan Türkiyə növbəti
dəfə də xəncərini kürəyimizə saplayacaq. Gözünü heç nə doydurmayan bu rejimin
törətdiyi cinayətlərlə barışmayan, əzilən, alçaldılan xalqının haqları uğrunda
bərabər olmayan döyüşə girmiş oğullar da şərlənərək həbs ediləcək, sifarişli
məhkəmələr vasitəsilə günahsız yerə uzun müddətə azadlıqdan məhrum
ediləcəkrlər.
Xalqının
işıqlı gələcəyi uğrunda vuruşan igidlərim, siyasi məhbuslarım - Qurbanım,
Tofiqim, İlqarım, Anarım, Əvəzim, Nemətim, Pərvizim, Yadigarım, Taleyim,
Abgülüm, Mövsümüm, Sərdarım, Rəşadım, Hilalım, Əbdülüm, Bəxtiyarım, Məmmədim,
Rəşadım, Şahinim, Üzeyirim, Zaurum, Rəşadətim, Nicatım, İlkinim, Ömərim, 145
günahsız balalarım, ciyər paralarım, heyyy...
Leylanın “pipi”sinə dəyməyən süfrə pişiklərim heyyy...
Bu
günlərin acı hadisələrindən biri - cəsarətli hüquq müdafiəçisi Leyla Yunusun
təqib və təhdid edilməsi oldu. Həyat yoldaşı ilə xaricə tədbirə gedən Leyla
xanım millətin gözü qabağında işgəncələrə məruz qaldı, polisin adına
yaraşmayan, mundirinə ləkə gətirən özbaşınalığı ilə üzləşdi. İş o həddə çatdı
ki, xəstə, yaşlı xanımı Azərbaycan kişisinə yaraşmayan formada, ayaqyolunda
belə izlədilər, təqib etdilər. Şahın süfrəsinin pişiyinə çevrilmiş birisi bu
hadisəni Leylanın adından belə qələmə alır: ” Mən tumanımı aşağı salıb unitaza
oturmuşdum, “pipi” eləmək istəyirdim, o isə mənə baxirdı.” Daha sonra süfrə
pişiyi yazır ki, ” Açığına qalsa, şəxsən mən polis əməkdaşının 60 yaşlı Leyla
Yunusun tumanının altındakı nəsnəyə baxmaq üçün sinov getdiyinə inanmıram”.
Əvvəla,
öz xanımının namusunu qoruyan birisi ağalarına xoş gəlmək üçün başqasının
xanımının haqqında belə ləyaqətsiz sözlər işlətməz. Fikirləşər ki, bir gün
gələr, onun da xanımının tumanının altındakı nəsnəyə baxan tapılar. Bir də ki,
başqasının süfrəsinin pişiyi olmaqdansa, Leyla xanım kimi öz süfrəsinin şiri
olmaq daha yaxşı deyilmi?
Azərbaycan
kişisinin uca adına, eləcə də Leyla xanımın “pipisi”nə belə layiq olmayan,
yoğun bağırsağı görünən, süfrə pişiklərinə çevrilənl vətən ”ždaşlarım“ heyyy...
Halalı-haramına qarışmış Vətənim heyyy.....
Nazirliyinin
zorla tələb etdiyi rüşvəti onlara aparan birisi nəql edir ki, rüşvəti
nazirliyin məsul əməkdaşına çatdıran kimi o, saymağa başladı. Pulu sayıb
qurtarandan sonra dilim dinc durmadı və soruşdum: heç qorxmursunuz, iki
addımlığınızda Milli Təhlükəsizlik Nazirliyi ola-ola belə rüşvət alırsınız?
Pulu qaytardı ki, apar nömrələtdir gətir.
Başı
rüşvətə qarışmış, sifarişlə insanları zindanlara dolduran, yalançı hüquq
mühafizə orqanlarının ümidinə qalmış Vətən heyyy...
Sərvətləri pay-püş edilən xalqım heyyy...
Azərbaycanda
prezident seçkiləri ərəfəsində hələ ki, dünyada heç kəsin gücü çatmayan
diktator Putinin bir barmaq işarəsi ilə Rusiyada “güya” azərbaycanlıların
hüquqlarını müdafiə edəcəkə Əslində isə, öz xalqına qənim kəsilən iqtidara
“xox” gəlmək üçün “Milyarderlər İttifaqı” deyilən təşkilat yaradıldı. Heç vaxt
siyasi proseslərdə iştirak etməyən milyonçular indi Ukrayna kimi sülhsevər bir
dövlətin ərazisini işğal edən Putinin əməllərinə haqq qazandıran A.Abbasovun
timsalında müxtəlif tip bəyanatlar verməyə başladılar. Çox keçmədi, rəhbərlik
etdiyi bütün 147 milyonluq rus xalqını, keçmiş sovetlər birliyini, o cümlədən,
Azərbaycanı barmağına dolayan Putin seçkiqabağı ərəfədə topla-tüfənglə
Azərbaycanın üstünə hərbi gəmilərlə yeridi. Əlbəttə, buna qətiyyən dost səfəri
demək olmazdı. Çünki, bir ölkənin başçısı müstəqil hesab edilən başqa bir
ölkəyə çoxlu sayda hərbi gəmilərlə, vertolyotlarla, seçkiqabağı təhdidlərlə
aşağılayıcı formada heç vaxt hücum çəkməz. Burada da özünü “xozeyin” kimi
aparmağı bacaran qoçubaşı Putin gedəndə də təmtəraqlı yola salındı.
Rəhbərləri
və qəsbkarlar tərəfindən sərvətləri talan edilən, varı-dövləti karvan dolu
hərbi gəmilərə doldurulub uzaqlara daşınıan, özü isə bu gəmilərin arxasınca
baxa-baxa qalan, aç-yalavac, səfil günündə yaşayan xalqım heyyy...
Yazıya P.S olaraq
Qürür duyduğum insanlar...
Təxminən
3 ay bundan əvvəl keçmiş səhiyyə naziri Əli İnsanov haqqında bir yazı
yazmışdım. Əvvəldən də bilirdim ki, bu yazının mahiyyətini başa düşməyib məni
qınayanlar da olacaq, elə də oldu. Baxmayaraq ki, indiki cəllad rejim
tərəfindən evindən-ocağından didərgin salınmış Emin bəy və Nigaq xanım kimi
gözəl insanlar müvəqqəti sığınacaq tapdıları Ukraynadan, doğma vətənindən,
dost- tanışlarından ayrı salınmış, siyasi mövqeyinə görə Bakı Dövlət
Universiteti müəllimliyindən xaric edilmiş, əslində ölkənin ən samballı,
gələcəyin Ədliyyə Naziri olmağa layiq Ataxan Əbilovdan, vaxtilə bütün
tələbələrinin sevimlisi, BDU-nun beynəlxalq hüquq fakültəsinin dekanı olmuş,
savadlı, saxta ittihamlarla ölkədən çıxarılmış gözəl, saf insan, Lüksenburqda
səhhəti ilə əlləşən Sədiyar Zeynalovdan, onlarla başqalarından təşəkkür aldım.
Boyunuza qamış ölçüm...
Bununla
bərabər, əllərindən bir şey gəlməyən, hər şeyə ”žmız“ qoymağı özünə şakər edən,
hakimiyyətin qorxusundan səsini hündürdən çıxarmağa cəsarəti çatmayanlar məni
ittiham etməyi fürsət tapdılar. Hətta, sərsəm iddiaları o həddə çatdı ki, guya
mən bununla 2015-ci il parlament seçkilərinə hazırlaşıram. Xalq arasında belələrinə
haqlı olaraq deyirlər ki, ” Boyuna qamış ölçüm.”
Mətləb Mütəllimli





























































































