- A-
- A
- A+
Seyran Rəfiyev: “Cavid Cabbarlı vələdüzina olmadığını sübut edə bilmədi”
Azərbaycan Ziyalılar Birliyinin sədr müşaviri Seyran Rəfiyev Moderator.az-a açıqlamasında VİP sədrinin müavini Cavid Cabbarlının ünvanına sərt ittihamlar səsləndirib. Açıqlamada deyilir:
“Cavid Cabbarlı vələdüzina olmadığını sübut edə bilmədi Əksinə, VİP-in riyakarlığı və şər-şəbədə mahiyyəti tam şəkildə üzə çıxdı. Bu yəqin ki, elə belə də olmalıydı: başqasına quyu qazan, son nəticədə özü o quyuya düşməliydi!
Məlumat üçün nəzərinizə çatdırım ki, bir neçə gün öncə özünü VİP sədrinin müavini kimi qələmə verən Cavid Cabbarlı adlı birisi KİV səhifələrində ard-arda bir neçə "yazıyla" çıxış etmişdi. Yazıdan çox, danos məzmunlu bu cızma-qaralarında o, Azərbaycan Ziyalılar Birlıyinin sədri Eldəniz Quliyevi aldığı, daha dəqiqi ,almadığı tərbiyəyə uyğun şəkildə aşağılamağa cəhd göstərmişdi. Bununla yanaşı, israrla bəyan edirdi ki, guya E.Quliyev dəfələrlə VİP sədri Əli Əliyevin ayağına barışıq üçün "sülh elçiləri" göndərib...
Mən AZB sədrinin müşaviri kimi bu absurd ittihamlara cavab olaraq, öz FB profilimdə " LƏKƏ" adlı kiçik bir status yazdım və C.Cabbarlının dediklərinin başdan-ayağa yalan, qərəzli olduğunu vurğuladım. Sonda oxuculardan üzr istəyərək qeyd etdim ki, həmin "elçilərin" adını açıqlamayan nakişi və vələdüzinadır. Bu statusdan ikicə gün keçməmiş VİP minnətçi düşmüş "elçilərin" adını açıqladı: Hacı Rövşən Əhmədli və Xoşqədəm Quliyev! VİP funksionerləri, başda Cavid Cabbarlı olmaqla, Azərbaycanda fəaliyyət göstərən , demək olar ki, bütün saytları "atəşə" tutaraq xəbəri "müvəffəqiyyətlə" tirajladılar... Amma... Bəli, "əmmasız" keşinmək olmur, məlum oldu ki, VİP-in gülməşəkər rəhbərləri öz qaraçı xislətlərinə uyğun olaraq, bu dəfə də ictimaiyyətə yalan məlumatlar vermişlər!.. Yaxşı deyiblər, yalanın ömrü qırx gün çəkər,- heç dörd gün də çəkməyən müddətdə həqiqət bəlli oldu. Hacı Rövşən Əhmədli də, Xoşqədəm Cəbrayıloğlu da mətbuata VİPçılərin yalan niyyətlərini faş etdilər! Vəssəlam! Dairə qapandı. Yəni, yalan və böhtanı özlərinə peşə seçib, günahsız adamlara camur atan siyasi caqqallar VƏLƏDÜZNA və NAKİŞİ olmadıqlarını sübut edə bilmədilər!
" İt ağac kölgəsində yatar, elə bilər öz kölgəsidir!" Bu məsəli isə, bir başa hörmətsiz Cavid Cabbarlıya ünvanlayıram! Ağıllı olun, bəylər,cənablar! Ləyaqətinizi yalana qurban verməyin!.. Dünyada HƏQİQƏTdən dəyərli heç nə yoxdur!
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































