İsa Qəmbərin Ukrayna statusu

İsa Qəmbərin Ukrayna statusu

Hazırda oxunan: İsa Qəmbərin Ukrayna statusu
42622
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Ölkənin və dünyanın gündəmində olan aktual məsələlər barədə ara-sıra sosial şəbəkədə statuslar payıaşan Müsavat başqanı İsa Qəmbər bu dəfə Ukrayna və Rusiya arasındakı münasibətlərədə dair fikirlərini bölüşüb.
İsa Qəmbərin son statusu belədir: "2014-cü ilə daxil olarkən bir anlıq 1914-cü ili xatrladım. 1-ci dünya savaşının 100 ili tamam olur. Bu gün Rusiya iqtidarının qərarları yenə bu anologiyanı yada saldı. Rəqəmlərin görəsən bəzi beyinlərə həlledici təsiri mümkünmü? 
Hiyləgər Taleyran hansısa siyasətçinin bir addımının cinayət adlandırılmasına cavab olaraq demişdi ki, “bu sadəcə cinayət deyil, daha pis - bu SƏHVdir.” İndi Rusiyanın Ukraynaya qarşı müharibə qərarları qəbul etməsi də yalnız beynəlxalq normaların, çoxtərəli və ikitərəfli sazişlərin pozulması deyil, həm də Rusiyanın özünə dəhşətli zərbələr vura biləcək (parçalanmaya və süquta qədər) ağır səhvdir.
Rusiya bu müharibəni qazana bilməz. Mən Ukrayna xalqının müdrikliyinə, cəsarətinə, dəyanətinə əminəm.
Mən Krım tatarlarının dözümünə, fədakarlığına, igidliyinə əminəm.
Hər zaman dostlarımızla bir yerdəyik".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO