ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Türkiyəyə səfəri davam edir. Moderator.az ANS PRESS-ə istinadən xəbər verir ki, həmsədr Twitter hesabında səfərlə bağlı fikirlərini bölüşüb:
"Türkiyənin Dağlıq Qarabağ da daxil olmaqla regional münaqişələrə yanaşma tərzini öyrənmək maraqlı olardı. Biz Minsk qrupunun formatına sadiq qalacağıq".
Qeyd edək ki, Ceyms Uorlik fevralın 17-dən Türkiyədə səfərdədir. Səfərdə məqsəd Ceyms Uorlikin dediyi kimi Türkiyənin regional münaqişələrə yanaşmasını öyrənməkdir. Xatırladaq ki, rəsmi Ankara dəfələrlə Dağlıq Qartabağ münaqişəsinin həllinə köməklik göstərməyə hazır olduğunu bildirib.
































































































