Qar davam edəcək, şaxta olacaq, yollar buz bağlayacaq - PROQNOZ

Qar davam edəcək, şaxta olacaq, yollar buz bağlayacaq - PROQNOZ

Hazırda oxunan: Qar davam edəcək, şaxta olacaq, yollar buz bağlayacaq - PROQNOZ

40895

Bakı və Abşeron yarımadasında fevralın 2-də gecə və səhər bəzi yerlərdə az qar yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Moderator.az-a açıqlamasında bildirib ki, havanın temperaturu gecə 7-10, gündüz 0-3 dərəcə şaxta olacaq, gecə və səhər yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında fevralın 2-də gecə və səhər bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 13-18 dərəcə, gündüz 2-7 dərəcə şaxta olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO