İsgəndər Həmidov:

İsgəndər Həmidov: "Milli Şuradan ona görə çıxdım ki..."

Hazırda oxunan: İsgəndər Həmidov: "Milli Şuradan ona görə çıxdım ki..."

40010
“Milli Şurada partiya üzvü kimi yox, istiqlalçı deputat kimi təmsil olunmuşdum”. Bunu APA-ya açıqlamasında  Azərbaycan Milliyyətçi Demokrat “Boz Qurd” Partiyasının qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri, partiyanın qurucusu və lideri İsgəndər Həmidov söyləyib.
 
İ.Həmidov müxalifət düşərgəsində baş alıb gedən qarşılıqlı ittihamlardan uzaq olduğunu, ermənilərdən başqa hamının onun üçün əziz və dost olduğunu vurğulayıb: “Bir məqamı da qeyd edim. Milli Şuradakı ziddiyyətlər, dedi-qodular məni açmırdı. Onsuz da qapalı surətdə o ziddiyyətlər gedirdi, bu gün açıq müstəviyə keçib. Ona görə də Milli Şuradan çıxdım. Mən özümü orada görmədim”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO