Samux Rayonunun Kareyeri kəndinin bir qurup sakini
Moderator.az-ın redaksiyasına məktub yollayıb. Sakinlər “Azenerji” prezidenti Etibar Pirverdiyevdən və bir sıra dövlət qurumlarından narazılıqlarını ifadə ediblər. Şikayətçilər yazır ki, davamlı müraciətlərinə baxmayaraq, elektirik dirəklərinin dəyişdirilməsinə nail ola
bilmirlər. İllər öncə elektirik xətləri meyvə ağaclarının üzərindən çəkilib: “Bir balaca yağış olan kimi bütün məhəllələrdə meyvə ağaclarında elektirik olur. Hətta bir neçə dəfə kənd sakinlərinin həyatına təhlükə də yaranıb. Ötən ay yağış
yağan zaman kənd sakinlərini «tok» vurub. Sakinlər hər gün ölümlə üz-üzə qalırlar. Biz dəfələrlə samux rayon icra hakimiyyəti başçısı Alı qocayev cənablarına rəsmi müracətlər etsəkdə heçbir tədbir görülməyib.Ən maraqlısı odur ki, elektrik paylacı şəbəkə rəsi elektrik dirəklərini ərizə yazmaqla yox yolları bağlamaq aksiya keçirməyi məsləhət görməsidir.Şəbəkə rəisi ilə son dəfə danışanda bildridi ki,elektrik dirəklərinin yenilənməsi üçün ayrılan vəsait “Azenerji” rəhbərliyi tərəfindən başqa istiqamətə yönəldillmişdir.Yəqin ki, 2014-cü ilin ortalarında Karayeri qəsəbəsi tam lahiyyə üzrə elektrik dirəkləri ilə əvəz ediləcək.Sonda əlacsılz qalan sakinlər vəziyyətdən çıxış yolunu “Azenerji”şefindən prezidentə şikayət edəcəklərində görürlər.
Regionlarin sosial iqtisadi inkişafı dövlət proqramına salınmış elektrik dirəklərinin dəyişdirilməsi bu günə kimi meyvə ağaclarından ayıran yoxdur.Karayeri kənd sakinləri problemlərinin həll edilmədiyi təqdirdə rayon icra hakimiyyəti qarşısında etiraz aksiyası keçirəcəklərini bildirilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.