Çin "Noul" tayfununun “əsarətində” - VİDEO

Çin "Noul" tayfununun “əsarətində” - VİDEO

Hazırda oxunan: Çin "Noul" tayfununun “əsarətində” - VİDEO

627534

Çinin cənubunda tüğyan edən "Noul" tayfunu səbəbindən Quanqdon əyalətində 715 mindən çox sakin təhlükəsiz ərazilərə köçürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə Nanfang Daily nəşri məlumat yayıb.

Məlumata görə, tayfun iyulun 26-da səhər saatlarında Çinin cənub sahillərinə çatıb. Bəzi ərazilərdə küləyin sürəti saniyədə 45 metrə (162 km/saat) qədər yüksəlib.
 

Güclü yağış və qasırğa küləyi Honkonqa da təsir göstərib. Pis hava şəraiti səbəbindən çoxsaylı aviareyslər ləğv edilib. Bildirilir ki, tayfun materikin daxilinə doğru irəlilədikcə tədricən zəifləyir.


Quanqdon əyalətinin 16 şəhərində tayfun və daşqın təhlükəsi ilə əlaqədar yüksək hazırlıq rejimi elan olunub. Huyçjou şəhərindən 205 min, Şanvey şəhərindən isə 190 mindən çox insan təxliyə edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO