Xaçmazda güclü külək fəsadlar törətdi: 11 ərazi dairəsində işıq yoxdur

Xaçmazda güclü külək fəsadlar törətdi: 11 ərazi dairəsində işıq yoxdur

Hazırda oxunan: Xaçmazda güclü külək fəsadlar törətdi: 11 ərazi dairəsində işıq yoxdur

627536

Xaçmazda ikinci gündür əsən güclü külək elektrik enerjisinin verilişində ciddi fəsadlar yaradıb. Ötən gün rayonda enerjinin verilişində yaranan uzunmüddətli fasilə bu gün də davam edib.

Bizim.Media xəbər verir ki, səhər saatlarından rayonun əksər yerlərində enerji verilişi dayanıb, işıq xətləri və dirəkləri külək aşırıb, ağaclar isə xətlərin üzərinə düşüb.

Havanın 38 dərəcədən çox olduğu bir vaxtda enerjinin fasilələrlə verilməsi həm də içməli su problemi yaradıb.

Fakt Xaçmaz Rayon İcra Hakimiyyəti də təsdiqləyib. İcra başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Anar Oruclu Bizim.Media-ya bildirib ki, Xaçmazdakı 28 inzibati ərazi dairəsindən 11-də işıq yoxdur.

Hazırda "Azərişıq" ASC-nin Xaçmaz və Xudat elektrik şəbəkələrinin qəza briqadaları fəsadların aradan qaldırılması istiqamətində işlər həyata keçirirlər.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO