Azadlıq qəzetinin yazarı ,jurnalist Natiq Ədilov əsl sensasiya yaradacaq bir açıqlama ilə çıxış edib.
Tanınmış jurnalist öz Facebook səhifəsində "NİDA" çı gənclərin və vəkil Qurban Məmmədovun həbsinə vəsilə olduğunu bildirib. Həmin statusu təqdim edirik:
"Bu sizə bir böyük sirr açmaq istəyirəm. Bu hardasa bir “cinayət etirafı” da sayıla bilər.
Hüqonun “Səfillər”indəki Jan Valjanın onun əvəzinə başqa birini həbs etmək istəyərkən keçirdiyi daxili təbəllüatlarını xatırlayırsızmı? Həbsxanadan qaçan Jan Valjan bir gün eşidir ki, onun yerinə başqa bir oxşarını tutub mühakimə edirlər. Həyat bu insanın qarşısına ağır sınaq qoyur; nə etməli bu yalnış bir həyat uğuru sayıb susmalı, yoxsa uca mənsəbini atıb gedib hər şeyi danışmalı.
Vicdan Jan Valjanı ikinci yolu tutmağa vadar edir və o ağır cəzalanacağınıdərk etsə də günahsız bir nəfərin həbsə düşməsinə imkan vermir. Məhkəməyə gedib hər şeyi deyir.
***
Başa düşürəm ki, edəcəyim müqayisə mənim xeyrimə çox şişirdilmiş olacaq, ancaq yazacaqlarım da elə belə məsələ deyil. Bilin: bu gün həbsdə günahsız yerə yatan NİDA-çıların və tanınmış vəkil Qurban Məmmədovun həbs vəsiləsi mən və Qurban Məmmədovun özüdür. Bəli, oxuduqlarınızı səhv qavramadınız: Qurban Məmmədov və mən.
Ancaq “Səfillər”dəki vəziyyətlə fərq ondadır ki, indi yazacağım etirafı sabah gedib məhkəmədə etiraf etsəm, nə məni tutan olacaq, nə də nidaçı gəncləri azad edən."

Jurnalist bildirir ki, "Azadlıq" qəzetinin sabahkı sayında bu haqda ətraflı yazacaq.