Respublika Klinik Xəstəxanasında

Respublika Klinik Xəstəxanasında "klinik" rüşvət...

Hazırda oxunan: Respublika Klinik Xəstəxanasında "klinik" rüşvət...
36647
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Respublika Klinik Xəstəxanasında rüşvət ayaq tutub yeriyir”. Bu barədə Moderator.az saytını özəl mənbə bilgiləndirib. Mənbənin sözlərinə görə, dövlət xəstəxanasına giriş üçün də qeyri-rəsmi olsa da bəlli qiymətlər müəyyənləşdirilib: “Respublika Klinik Xəstəxanası dövlət müəssisəsi olsa da, burada xəstələrə göstərilən istənilən tibbi xidmətin qarşılığında pul tələb olunur. Xəstəxanada həkimlər tərəfindən yazılan bütün reseptlər xəstə yaxınlarının vəsaiti hesabına alınır ki, bu da bir neçə kursluk müalicə alan xəstələr üçün ciddi maddi problem deməkdir. Işin ən maraqlı tərəfi isə xəstəxanaya girişin pullu elan edilməsi ilə bağlıdır. Belə ki, artıq Respublika Klinik Xəstəxanasına xəstə yaxınını görmək üçün gələn vətəndaşlardan 5 manat məbləğində pul tələb olunur ki, bu da öz növbəsində xəstə yaxınları tərəfindən ciddi narazılığa səbəb olur. Vətəndaşlar hesab edir ki, Respublika Klinik Xəstəxanasına girişin və digər xidmətlərin faktiki olaraq pullu olduğunu nəzərə alan əlaqədar qurumlar bu faktı rəsmiləşdirməli və vergi orqanları xəstəxanadan vətəndaşlardan alınan bütün vəsaitlərə görə rəsmi ödəniş tələb etməlidir”.

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO