
- A-
- A
- A+
Cəmiyyət
12:46 / 29.10.2013
1 dəq oxunma
Müdafiə Nazirliyi kadr islahatlarına münasibət bildirdi
Hazırda oxunan: Müdafiə Nazirliyi kadr islahatlarına münasibət bildirdi
35918
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
“Atılan addımlar işin səmərəliliyini artırmağa, eyni zamanda islahatların daha çevik və uğurlu həyata keçməsinə yönəlib”
Müdafiə Nazirliyi (MN) nazirlikdə aparılan kadr islahatlarına münasibət bildirib. Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev APA-ya bildirib ki, MN-də kadr islahatları aparılır və burda qeyri-adi heç nə yoxdur: “Məsələ bundadır ki, hərbi xidmətdə son yaş həddini keçmiş yüksək və ali rütbəli zabitlər tərxis edilir, bununla yanaşı, uzun illər bir yerdə qərarlaşmış yüksək və ali rütbəli zabitlər rotasiya qaydası ilə dəyişdirilir”.
T. Abdullayev qeyd edib ki, atılan addımlar işin səmərəliliyini artırmağa, eyni zamanda islahatların daha çevik və uğurlu həyata keçməsinə yönəlib: “İstər yerlərdən mərkəzə gətirilən, istərsə də mərkəzdən yerlərə göndərilən hərbi qulluqçular bunu anlayışla qarşılayırlar. Çünki bütün rotasiyalar «Hərbi xidmətkeçmə haqqında əsasnamə» ilə tənzimlənir və ordumuzun güclənməsinə xidmət edir. Bu gün rütbəsindən asılı olmayaraq, bütün şəxsi heyət Silahlı Qüvvələrin Ali Baş Komandanının qarşıya qoyduğu məqsədlərə çatmaq üçün cənab nazirin əmr və tapşırıqlarını yerinə yetirməyə hazırdır”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































