Azərbaycandakı kürdlər yenə yola getmədi”¦

Azərbaycandakı kürdlər yenə yola getmədi”¦

Hazırda oxunan: Azərbaycandakı kürdlər yenə yola getmədi”¦

34897

Namiq Nəsibov adlı bir oxucumuz Moderator.az saytının elektron poçtuna  “TƏƏCCÜB VƏ TƏƏSSÜFDƏN YANA DİRƏNİŞ” başlıqlı bir yazı göndərib. Yazıda müəllif soydaşlarını kəskin ittiham edir. Biz bu münaqişədə tərəf deyilik və qarşı tərəfə də cavab haqqını tanıyırıq. Yazını olduğu kimi təqdim edirik:

   Bu gün dünya kürdlərinin diqqət və qayğısının yönəldiyi Bakur, Başur, Rojhilat və Rojava dan fərqli olaraq Azərbaycanda yaşayan kürdlərin, yəni bizlərin daxildə biri-birisi ilə yola getməməsi, bir araya gələ bilməməsi kənardan baxanlar üçün bir qınaq,bir tənə mövzusu ola bilər.
      Bu əslində Bakur,Başur,Rojhilat və Rojavada gedən proseslər zəminində bizim ücün utanc verici və eyni zamanda məcburi dirəniş mücadiləsidir. 
      Amma hər bir kəs bilməlidir ki, bu gün Azərbaycan Respublikası “Ronahi”  Kürd Mədəniyyət Mərkəzində baş verən proseslər və qarşıdurma Azərbaycan kürd
 gəncliyinin ,“Ronahi”KMM-nin məntiqsiz təfəkkür ideologiyası tərəfdarlarının (yəni parcala hökm sür ye-dağıt), keçmiş rəhbərliyinin (Əhmədə Həpo,Fəxrəddine Müzəfər) qanunsuz əməllərinə qarşı qanuni dirənişi, təpkisi, mücadiləsidir!
Bizim istəyimiz nədi?
Azərbaycan Kürdlərinin erməni işğalı səbəbindən sürət götürmüş assimlyasiyasının qarşısını almaq!
Planımız nə idi?
Kürd Mədəniyyət Mərkəzi olaraq mədəni tədbirlər, konsertlər, kitab nəşrləri, sözlüklər, azərbaycanca-kürdcə danışıq kitabçaları çapı və yayılması (pulsuz),”Kürdün Səsi” qəzetinin tiraj sayı və dövrülüyünün artırılması,ünvanlara çatdırılması üçün abunəsinin təşkili (pulsuz),bölgələrdə kürd əsilli vətəndaşlarımızla görüşlər, onların problemləri ilə yaxından maraqlanmaq və həllinə çalışmaq, orta məktəblərdə ibtidai sinif həcmində verilmiş kürd dili dərs saatlarının bərpasına çalışmaq, bunun üçün kürd dilli kadrları hazırlamaq, yeni kurikulum sistemi ilə işlənmiş, həm müəllim həm şagirdlər üçün vəsaitlərin Təhsil Nazirliyinin köməyi ilə çapına nail olmaq, Azərbaycan Respublikası vətəndaşları olaraq, kürd xalqı olaraq konstitusiyamızda təsbit edilmiş hüquq və haqlarımızdan, bizə dövlət tərəfindən yaradılmış şəraitdən maksimum faydalanmaqdan ibarət idi.
Bəs nə baş verdi?
Etimad göstərdiyimiz “Ronahi”KKM-yə sədr seçdiyimiz Fəxrəddine Müzəffər və onun himayədarı Əhməde Həpo elə ilk uğurlu layihəmizdəcə öz şəxsi maraqlarını biz kürdlərin maraqlarından və planlarından üstün tutdu.
Nə etdilər..?
Azərbaycanda kürd dili və mədəniyyətinin inkişafı üçün Mədəniyyət və Turizm Nazirliyinin ayırdığı 5000( beş min) AZN maliyə yardımını mənimsədilər. Hansı ki, bu maliyyənin böyük qismi 12 dəst (6 kişi,6 qadın) milli geyim sifarişi və kürd mili musiqi alətlərinin alınması üçün nəzərdə tutulmuşdu.
Kimsə mənə izah edə bilərmi rus qarmonu hara, kürd milli musiqisi hara? Uyğunluq varmı sizcə? 
Məncə də yoxdu.
Amma bizim fərasətli “sədr” Fəxrəddine Müzəffər və onun himayədarı Əhməde Həpo deyəsən yen ideya ilə çıxış edəcək və rus-kürd musiqisi sintezi yaradacaq. Belə ki “Ronahi” Kürd Mədəniyyət Mərkəzinə pərdələri cırıq -cırıq olmuş rus qarmonu tapıb gətiriblər. Bu qarmonu da boşuna gətirməyiblər ki....axı maliyyə ayrılmışdı musiqi alətlərinin alınması üçün??? Axı həmin o maliyyə mənimsənilmişdi!!!! Məncə anladınız rus qarmonu nədən kürd mədəniyyətinə qarışıb.
İndi bu “kürd fədailəri” Fəxrəddine Müzəffər və onun himayədarı Əhməde Həpo kefində olsun deyə biz hər şeyə rəğmən susaqmı?????? Susaq ki qoy deməsinlər kürdlərin öz aralarında problemləri var??? Susaq ki nəzərdə tutulan Azərbaycan Kürdləri haqqında sənədli filmə ayrılacaq vəsait də mədəniyyətimizin inkişafına ayrılan vəsait kimi qeybə çəkilsin??? Susaq ki bu “kürd fədailəri” Fəxrəddine Müzəffər və onun himayədarı Əhməde Həpo bizi erməni işğalından törənmiş asmilyasiyadan da qat- qat sürətlə asmilə etsin?
SUSAQMI SİZCƏ?
İctimailəşdirməyək bu məsələləri ki Fəxrəddine Müzəffər və onun himayədarı Əhməde Həpo müxtəlif rəsmi dövlət qrumlarının adından sui istifadə edib bizi hədələməkdə, təhdid etməkdə davammı etsin???? Susaq cəkilək bir kənara ki, Fəxrəddine Müzəffər və onun himayədarı Əhməde Həpo bizi şərliyərək oyuna salmasınmı,öz başımızı qoruyaqmı??? Özümüzün xatirinə milli mənliyimizi unudub gerimi cəkilək?
    Məgər biz hərci-mərcilik ,öz başınalığın hakim olduğu bir dövlətdə yaşayırıqmı?
Deyəsən Fəxrəddine Müzəffər və onun himayədarı Əhməde Həpo Ermənistanla Azərbaycanı səhv salıb.
    Biz heç kimə deyil, qanunlarımıza, qanunlarımızın bizə verdiyi haqlara söykənərək bir dirənişə başladıq. Bizi hər kəsdən və hər zaman qoruyan qanunlarımız və qanunlarımızın qarantı olan Prezidentimiz var. Fəxrəddine Müzəffər və onun himayədarı Əhməde Həpoya xatırlatmaq istəyirəm ki,unutmayın Azərbaycanda ŞAH QANUN DEYİL,QANUN ŞAHDI.Sizin güvəndiyiniz 5-3 şahcığaz varsa,bizim güvəndiyimiz Azərbaycan Respublikasının qanunlar külliyyatı var!!!! Kürd Gəncliyi ayaqda və bu yolun sonuna qədər gedəcəyik sonuc nə olursa olsun! Şəxs olaraq bildirirəm ki, ay Fəxrəddine Müzəffər və onun himayədarı Əhməde Həpo məni fiziki cəhətdən məhv etmək mümkündü amma qəlbimdəki canımdakı KÜRD RUHUN, KÜRD VARLIÄžIN əsla məhv edə bilməzsiniz! Nə qədər ki bu ruhum var mən sizin kimi “kürd fədailəri” ilə mübarizəmə davam deyəcəm! 
Mən  Olmadan Öncəki Mənəm!

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO