Azərbaycandan “Google”a rəsmi etiraz

Azərbaycandan “Google”a rəsmi etiraz

Hazırda oxunan: Azərbaycandan “Google”a rəsmi etiraz

34561
“Google” şirkətinə rəsmi etiraz edilib. Moderator.az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bu ghün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu məsələ diqqət mərkəzindədir və “Google EARTH” axtarış sistemində ölkənin işğal olunmuş ərazilərində coğrafi adların təhrif olunmasına hər zaman reaksiya verir, müvafiq tədbirlər görür. XİN rəsmisi bildirib ki, Azərbaycan vətəndaşlarının da bu məsələdə iştirakı və müdaxiləsi vacibdir. 

“Bu portal ictimaiyyətə açıqdır. Ermənilər bundan istifadə edərək dəyişiklilər edirlər. Azərbaycan vətəndaşları bu məsələni diqqətdə saxlamalıdır. Biz bu mübarizəni birgə aparmalıyıq. Bu bir çağırışdır. Azərbaycan tərəfi üzərinə düşən öhdəlikləri edir. Azərbaycanlılarda bu cür təhrifləri gördükdə müdaxilə etməlidir. Bu milli məsələdir,milli borcdur.”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO