Azərbaycanda sentyabrın əvvəlindən etibarən 4 qanunun tətbiqi dayandırılıb, qanunlar tamamilə ləğv edilib.
Milli
Məclisdən APA-ya verilən məlumata görə, bu, avqustun əvvəlində yeni qəbul
olunmuş Miqrasiya Məcəlləsinin qüvvəyə minməsi ilə bağlıdır.
Ləğv olunan
qanunlar “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti
haqqında”, “İmmiqrasiya haqqında”, “Əmək miqrasiyası haqqında” və “Əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən
tranzit keçidi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”
qanunlardır. Ləğv olunan qanunlarda nəzərdə tutulmuş müddəalar artıq yenilənmiş
formada Miqrasiya Məcəlləsində əks olunur.
Moderator.az







































































































