Polislər oğluna toy edən xanımı mərasimdən çıxarıb xəstəxanaya yerləşdirdilər

Polislər oğluna toy edən xanımı mərasimdən çıxarıb xəstəxanaya yerləşdirdilər

Hazırda oxunan: Polislər oğluna toy edən xanımı mərasimdən çıxarıb xəstəxanaya yerləşdirdilər
29613
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağstafada övladına toy məclisi təşkil edən koronavirus xəstəsi məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Ağstafa rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Qırılı kənd sakini olan bir xanımın ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanda övladı üçün toy mərasimi təşkil etməsi və beləliklə, məclis iştirakçılarının sağlamlığını ciddi təhlükəyə atması aşkar edilib. 

Polis əməkdaşları dərhal həmin ünvana gələrək qanunamüvafiq tədbirlər həyata keçirib. Tibbi prosedurlar gözləməklə həmin xanımı xəstəxanaya yerləşdirib.

Faktla bağlı polis şöbəsində araşdırmalar davam etdirilir.

Bizim.Media

Polislər oğluna toy edən xanımı mərasimdən çıxarıb xəstəxanaya yerləşdirdilər - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO