Şəhidin iki yaşlı qızı vəfat etdi - FOTO

Şəhidin iki yaşlı qızı vəfat etdi - FOTO

Hazırda oxunan: Şəhidin iki yaşlı qızı vəfat etdi - FOTO
28592
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Vətən müharibəsi şəhidi Orxan Əliyevin azyaşlı qızı vəfat edib.

Bizim.Media  xəbər verir ki, O.Əliyevin qızı, 2019-cu il təvəllüdlü Nur anadangəlmə qaraciyər serrozu xəstəliyindən əziyyət çəkib.

Daimi müalicə olunub. Nurun xalası donor olub və qaraciyəri ona köçürülüb.

Bir neçə gün öncə Nur ailəsi ilə Bakıdan Bərdəyə qayıdıb. Son günlər temperaturu mütəmadi olaraq yüksək olurmuş. İlkin qənaətə görə, xalasının qaraciyəri onun orqanizminə uyğun gəlməyib.

Dünən 2 yaşlı Nur dünyasını dəyişib və şəhid atasının məzarı yanında dəfn edilib.

Şəhid Orxan Əliyevin Nurdan başqa, 8 yaşlı oğlu Məhəmməd və 7 yaşlı qızı Yağmur ondan yadigar qalıb.

Qeyd edək ki, Orxan Əliyev Prezidentin sərəncamı ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. (qafqazinfo)

Bizim.Media

Şəhidin iki yaşlı qızı vəfat etdi - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO