İlansancma ARTIB – Mərkəzə 6 uşaq GƏTİRİLDİ

İlansancma ARTIB – Mərkəzə 6 uşaq GƏTİRİLDİ

Hazırda oxunan: İlansancma ARTIB – Mərkəzə 6 uşaq GƏTİRİLDİ
28071
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İlansancma yay fəslinin ən təhlükəli hadisələrindən hesab olunur. Bu  mövsümdə havaların istiləşməsi ilə ilanlar da aktivləşməyə başlayır və ilansancma hallarının artması müşahidə edilir.

Aprel ayından indiyədək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ilansancmadan 40 nəfərdən çox müraciət olub.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov bildirib. Onun sözlərinə görə müraciətlərdə ən çox gürzə ilanının sancması üstünlük təşkil edib.
 

MÖVZU İLƏ BAĞLI:

İlan sancmaları zamanı təcili tədbirlər – BUNU ETMƏYİN!


İlansancmaya görə müraciət edənlər arasında 6-sı uşaq olub. Ölüm hadisəsi baş verməyib:

“Hamısına tibbi yardım göstərilib və təmənnasız zərdab istifadə olunub. Havalar isti keçdiyindən müraciətlər davam edir”.

Məlumat üçün bildirək ki, ilan sancan nahiyədə göyərmə, iltihab, sancmadan sonra isə xəstədə qarın ağrısı, qusma, güclü susuzluq hissi, ürək ritminin pozulması kimi əlamətlər müşahidə olunur.

Hadisə baş verəndən sonra zərərçəkən nahiyəni hərəkətsiz vəziyyətdə saxlamaq, ilan sancan yerə buz qoymaq və çox sıxmamaq şərti ilə həmin nahiyənin bir neçə santimetr aşağı və yuxarısından rezin materialla bağlamaq lazımdır.

Sonra xəstə zərdab vurulması və somatik müalicə göstərilməsi üçün mümkün qədər tez tibb müəssisəsinə çatdırılmalıdır.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO