Bir dişi çəkdirməyə 500 manat ödədi, nəticədən narazıdır – VİDEO

Bir dişi çəkdirməyə 500 manat ödədi, nəticədən narazıdır – VİDEO

Hazırda oxunan: Bir dişi çəkdirməyə 500 manat ödədi, nəticədən narazıdır – VİDEO
273105
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağıl dişinin kəskin ağrısı ilə həkimə müraciət edən şəxs həm sağlamlığından, həm də pulundan olduğunu iddia edib.

Bizim.Media xəbər verir ki, şikayətçi Tural Qoca “Xəzər” TV-yə müraciətində bildirib ki, “TikTok” platformasında özünü stomatoloq kimi təqdim edən Nicat Həsənov adlı şəxsin qəbulunda olub və sağlamlığına ciddi zərər dəyib.
 

Tural Qoca iddia edib ki, Nicat Həsənov heç bir cərrahi əməliyyat olmadan ağrısız şəkildə onun dişini çəkəcəyini vəd edib. Lakin səhhətində problem yaranandan sonra araşdırıb ki, Nicat Həsənovun stomatoloq kimi fəaliyyət göstərmək üçün diplomu yoxdur.

Zərərçəkmiş 500 manat ödədiyini, amma ölümdən döndüyünü deyib. O, həkim Nicat Həsənovun hadisədən sonra onun səhhəti ilə maraqlanmadığını bildirib.

İddialarla bağlı stomatoloq Nicat Həsənovla əlaqə saxladıqda, o, pasiyentlə aralarında anlaşılmazlıq olduğunu deyib.

Nicat Həsənov diplomu olmadığı barədə iddianı təkzib etsə də, sənədin surətini təqdim etməkdən imtina edib.

Analitik Ekspertiza Mərkəzindən isə bildirilib ki, Nicat Həsənovun adı “Tibb kadrlarının vahid reyestri”ndə mövcud deyil. O da qeyd edildib ki, vətəndaşlar özəl tibb müəssisələrində qarşılaşdıqları bu kimi mənfi hallarla əlaqədar Mərkəzin “qaynar xətt”inə zəng edərək və ya onlayn qaydada şikayətlərini bildirə bilərlər.

Daha ətraflı videomaterialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO