“İndiyə kimi Azərbaycanda keçirilən mükafatlandırmalara düşünmürən ki, neytral yanaşma olub”
Bunu Moderator.az -a açıqlamasında yazıçı Elçin Hüseynbəyli yazıçıların mükafatlandırılması zamanı yaranan fikir ayrılıqlarından danışarkən deyib. E.Hüseynbəyli bildirib ki, hər bir halda bu cür incikliklər olur:
“Hər bir halda mükafatlar nisbidir. Açığını deyim ki, Azərbaycan Yazıçılar Birliyinin bir qrup şair və yazıçını mükafatlandırması hansı formada həyata keçirilib buxa0 haqda məlumatım yoxdur. Ancaq kiməsə mükafat veriləndə başqası inciyir ki, mənə niyə vermədilər. Hamı özünü həmin mükafatlara layiq sayır, amma təəssüf ki, mükafatların sayı da məhdud olur. Məhdud olduğuna görə razı və narazı tərəflər də olacaq. Ümumiyyətlə, isə yazıçılara mükafatların verilməsinə yaxşı baxıram. Çünki bu gün yazıçıların vəziyyəti elədir ki, onlara mükafat və qonarar formasında kömək etmək lazımdır. İndiyə kimi Azərbaycanda keçirilən mükafatlandırmalara düşünmürən ki, neytral yanaşma olub. Axı mükafat verilən adamlar da hamısı özü-özlüyündə dəyərli adamlardır. İndi ola bilsin ki, kiminsə o pula ehtiyacı yoxdur, amma bunun işə nə aidiyyatı var”.xa0
Vasif Əlihüseyn

































































































