Turşu xərçəng riskini AZALDIR

Turşu xərçəng riskini AZALDIR

Hazırda oxunan: Turşu xərçəng riskini AZALDIR
269795
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əhalinin böyük bir hissəsi turşuların mədə üçün yaxşı olmadığına inanaraq istehlak etməkdə tərəddüd edir. Bununla belə, onların ləzzətindən əlavə, ümumi sağlamlıq üçün çoxlu faydaları olduğu ortaya çıxıb.

Bizim.Media xəbər verir ki, mütəxəssislər əslində 2 xörək qaşığı turşunun hətta kanserogen maddələri zərərsizləşdirdiyini bildirib.

Tərəvəz və meyvələrin qıcqırdılması və müəyyən müddət saxlanılması ilə hazırlanan turşular bağırsaq sağlamlığında qoruyucu və müalicəvi rola malikdir. Turşuların fermentasiya prosesində əmələ gələn faydalı bakteriyaların bağırsaqlarda başda K2 olmaqla bir çox vitamin və həzm fermentinin istehsalını dəstəklədiyi açıqlanıb.

Bütün tərəvəzləri turşu etmək olar. Lakin kələm və çuğundura antioksidant tərkibi yüksək olduğuna görə üstünlük verilir. Sağlamlıq problemi olmayanlara gündə orta hesabla 2 xörək qaşığı turşu istehlak etmələri tövsiyə olunur.

Müəyyən şərtlər və həssaslıqlar xaricində turşuların süfrədən əskik edilməməsi lazımdır.

Kiminsə qan təzyiqi, böyrək, mədə, ürək və ya şəkər xəstəliyi kimi bir problemi varsa, tərkibindəki duzun çox olması səbəbindən turşu istehlakından çəkinməlidir. Bu xəstələr turşuları pəhrizlərinə daxil etməzdən əvvəl həkimləri ilə məsləhətləşməlidirlər.

Evdə hazırlanan turşular hər zaman hazır olanlardan çox istifadə edilməlidir. Turşuların hazırlanmasında xlorsuz içməli sudan istifadə, təbii və ya üzvi yolla istehsal olunan tərəvəzləri seçmək, daş duzundan istifadə etmək və gigiyena qaydalarına riayət etmək çox vacibdir.

Hətta turşuların tərkibinvə xərçənglə mübarizə aparacaq maddələr olur. Amma unutmayın, turşu qədərində istehlak edilməlidir. (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO