
- A-
- A
- A+
Cəmiyyət
11:13 / 15.04.2019
1 dəq oxunma
Aprel şəhidimizin tək bacısı gəlin köçdü - FOTO
Hazırda oxunan: Aprel şəhidimizin tək bacısı gəlin köçdü - FOTO
266924
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Şanlı aprel döyüşlərində qəhrəmancasına şəhid olan MAXE Adil Adilzadənin bacısı Könül xanımın toyu olub. Bu haqda şəhidimizin atası Kamran Adilzadə Moderator.az-a özü məlumat verib. Şəhid atası qızına xoşbəxtlik arzulayıb.
“Könülün toyu dünən yaşadığımız Mingəçevir şəhərində baş tutdu. Türkiyəyə gəlin köçəcək. Allah bütün balaları xoşbəxt eləsin. Adilin də toyunu bu cür edəcəyimi arzu etmişdim, amma qismət olmadı. O, vətən uğrunda şəhid oldu. Bir oğul və bir qız atasıyam. Könül bizə Adilinxa0 yadigar qalan tək bacısıdır. Allah bütün övladları xoşbəxt eləsin”.

Qeyd edək ki, Könül xanım bu il Pedaqoji Universitetin Şəki filialının filologiya fakültəsini bitirib. Aprelin 17-də isə şəhidimiz Adilin doğum günü qeyd olunacaq. Adil Adilzadə 1993-cü il aprelin 17-də Mingəçevir şəhərində anadan olub. Mingəçevirə 20 saylı tam orta məktəbi bitirib. Silahlı Qüvvələrimizin hərbçisi kimi Tərtər istiqamətində xidmətə başlayıb. Aprel döyüşlərində şəhid olan hərbçimiz aprelin 11-də Mingəçevir şəhərindəki Şəhidlər Xiyabanında böyük izdihamla dəfn edilib. Adil Adilzadə ölümündən sonra ölkə başçısının sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib.xa0
Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































