Azərbaycanın işğal altındakı torpalarında gənclər arasındaxa0 hərbi yarışmaların “respublika” mərhələsi keçirilib.xa0

Moderator.az xəbər verir ki,xa0 separatçı erməni nəşrlərinin yaydığı məlumata görə,xa0 “Artsvik” adlanan yarışmalar Xankəndindəki K.İvanyan adına hərbi məktəbdə keçirilir. Hərbi yarışlar qondarma separatçı-terrorçu rejimin müdafiə, elm, təhsil, idmanxa0 və fövqəladə hallara cavabdeh olan qanunsuz qurumlar tərəfindən təşkil edilib.
xa0
İşğal altındakı torpaqlarda böyüyən erməni gənclərin “vətənpərvərlik ruhunda” tərbiyə olunmasıxa0 məqsədi daşıyan tədbirdə “Kalaşnikov” avtomatından atəş açmaq, qumbara atmaq, 100, 500 və 1000 metrə qaçış və s. üzrə yarışlar keçiriləcək.xa0 Yarışmalarda işğal altındakı əksər bölgələrimizdə yaşayan erməni gənc oğlan və qızlar iştirak edib.
“İvanyan” adlandırılmışxa0 Xocalıdakı erməni məktəbinin 11-ci sinif şagirdi Sovinar Babayan adlı erməni qız da yarışlara qatılıb. O deyir ki, qızlarxa0 “vətənin müdafiəsində” vacibxa0 rol oynamalıdırlar. “Biz atıcı silahlardan istifadə etməyi bacarmalı və fizikixa0 cəhətdənxa0 hazırlaşmalıyıq. Oyunun nəticələrindən yüksək gözləntilərimiz var. Çünki biz bu mərhələ üçün ciddi hazırlaşmışıq ", - deyə erməni qız vurğulayıb. Oyunların sonunda qələbə qazanan komandalar hədiyyələrlə mükafatlandırılıblar.
P.S. Daha şərh yazmağa nə lüzum, hər kəs: müxaifətli-iqtidarlı, vəzifəli-vəzifəsiz, kasıblı-varlılı, özü nəticə çıxarsın...
Sultan Laçın
































































































