Çıxışları ilə gündəm olan Fərhad Pərvizi vəzifəsindən azad edilib - İDDİA

Çıxışları ilə gündəm olan Fərhad Pərvizi vəzifəsindən azad edilib - İDDİA

Hazırda oxunan: Çıxışları ilə gündəm olan Fərhad Pərvizi vəzifəsindən azad edilib - İDDİA
263458
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Baker Tilly Azerbaijan" şirkətinin maliyyə və biznes məsləhət xidmətləri üzrə direktoru Fərhad Pərvizinin vəzifəsindən azad edilməsi ilə bağlı iddialar səsləndirilir.

Bizim.Media xəbər verir ki, sosial şəbəkədə edilən paylaşımlarda onun vəzifəsindən azad edilmə səbəbi son günlərdə genderəsaslı ayrı-seçkiliyi legitimləşdirən çıxışları ilə rezonans doğurması göstərilib.
 

Sözügedən çıxışlar ictimai müzakirələrə və qınağa səbəb olduğu üçün "Baker Tilly International"ın baş icraçı direktoru Françeska Lagerberq məsələdən xəbərdar olduqlarını və bir də bu halların yaşanmaması üçün həmin şəxslə söhbət aparıldığını və "Baker Tilly Azerbaijan" şirkəti ilə daimi əlaqədə olduqlarını bildirib.


Bu gün sosial media istifadəçiləri tərəfindən edilən paylaşımlarda Fərhad Pərvizinin məhz genderəsaslı ayrı-seçkiliyə yol verən çıxışlarından sonra kütləvi şikayətlər əsasında vəzifəsindən azad edildiyi bildirilib.

Məsələ ilə bağlı “Oxu.az” Fərhad Pərvizi ilə əlaqə saxlayıb.

O, işdən çıxarılması ilə bağlı yayılan iddiaları təkzib və ya təsdiq etməyib:

"Bu məsələ ilə bağlı "Baker Tilly" komandası ilə əlaqə saxlayın. Mən bu məsələni şərh edə bilmirəm, səlahiyyətim yoxdur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO