“Toyda məni ağlamaq tutdu...” -  Aprel şəhidimizin bacısı gəlin köçdü, atası kövrəldi...

“Toyda məni ağlamaq tutdu...” - Aprel şəhidimizin bacısı gəlin köçdü, atası kövrəldi...

Hazırda oxunan: “Toyda məni ağlamaq tutdu...” - Aprel şəhidimizin bacısı gəlin köçdü, atası kövrəldi...
260119
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Aprel döyüşlərində şəhid olan Nürəddin Etimad oğlu Mirzəyevin bacısı Gültacın toyu olub. Şəhidimizin atası Etimad Mirzəyev Moderator.az-a açıqlamasında ona göstərilən diqqət və qayğıya görə hamıya öz minnətdarlığını bildirib:xa0

“İki oğlum və bir qızım var. Onlardan böyük oğlum Nürəddin aprel döyüşlərində şəhid oldu. Qızım Gültacın da dünən toyu oldu. Nürəddinsiz çox çətindir, toy başlayandan, qurtarana qədər ağlamışam. Çox insan iştirak etdi. Dəvət etmədiyim insanları isə oğlum Nəcməddinlə gəlinim, aprel döyüşlərində şəhid olan Rəşid Baxşəliyev bacısı Gülzarın toyuna dəvət edəcəm. Qızımın toyu çox yüksək səviyyədə keçdi. Bir şəhid ailəsi olaraq bizə göstərilən diqqət və qayğıya görə Müdafiə Nazirliyinə, general-mayor Mayis Bərxudarova öz minnətdarlığımı bildirirəm. Hərbi hissədən hərbçilər toyda iştirak etdi, gəlinə hədiyyələr verdilər. Onların toyda iştirakı mənim üçün böyük təsəlli oldu”.xa0

Xatırladaq ki, Nürəddin Mirzəyev 1996-cı il dekabrın 20-də Yardımlının Honuba kəndində anadan olub. Aprel döyüşləri zamanı şəhid olan əsgərimiz, aprelin 4-də doğulduğu kənddə böyük izdihamla dəfn edilib. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib.

Vasif Əlihüseyn



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO