“Xocalı faciəsinin tanınması ilə bağlı görülən işlər təqdirəlayiqdir...”- Xalq artisti...

“Xocalı faciəsinin tanınması ilə bağlı görülən işlər təqdirəlayiqdir...”- Xalq artisti...

Hazırda oxunan: “Xocalı faciəsinin tanınması ilə bağlı görülən işlər təqdirəlayiqdir...”- Xalq artisti...
259104
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
“Ümumiyyətlə, hər bir azərbaycalının borcudur ki, Xocalı ilə bağlı tədbirlərdə iştirak etsin”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Möhlət Müslümov Xocalı faciəsi ilə bağlı bir çox ölkələrdə və xüsusən də qardaş Türkiyənin Qəhrəmanmaraş şəhərində Xocalı parkının açılmasından danışarkən deyib. Xalq artisti bildirib ki, bu cür tədbirlərdən xəbər tutan zaman soydaşlarımız mütləq orda iştirak etməlidirlər:

“Xocalı faciəsinin tanınması ilə bağlı dünyanın hər bir nöqtəsində nə iş görülürsə, bu təqdirəlayiqdir. Bizim Xocalı kimi soyqırımımıza şərik olurlar, əsasən də qardaş Türkiyədə buna çox həssas yanaşılır. Əllidən çox ölkələrdə səfərdə olmuşam və hardasa Heydər Əliyev parkını və ya heykəlini görəndə ürəyim dağ boyda olur. Ona görə ki, Azərbaycanı sevirlər, sayırlar və bunu qiymətləndirirlər. Azərbaycanın adı artıq dünyanın böyük dövlətlərinin sırasında çəkilir. Amma vaxt var idi, biz xaricdə səfərlərdə olanda heç Azərbaycanı tanıyan yox idi, xəritədə göstərirdik. Musiqimizə qulaq asırdılar feyziyab olurdular və soruşurdular ki, bu nə musiqisidir. İndi Azərbaycan deyən kimi Heydər Əliyev, İlham Əliyev və Mehriban xanım Əliyevanın adı çəkilir. Mehriban xanım Əliyeva görün bu sahədə nə qədər işlər görüb. O, muğama analoqu olmayan diqqət və qayğı göstərib. Bu gün dünya muğamı qəbul edir, beynəlxalq tədbirlər keçirilir. Mənim də bir sənətkar kimi uçmağa qanadım yoxdur”.xa0

Xalq artisti sənət adamlarının sosial rifahının yaxşılaşdırılması üçün dövlət tərəfindən çox böyük qayğı göstərildiyini bildirib:

“Ölkə daxilində muğam ifaçılarına prezident təqaüdü verirlər və ona görə də gənclərimizin bu sahəyə marağı artıb. Ölkə başçısının tələbələrin təqaüdünü artırmasına da sevindim, bunun böyük bəhrəsini görəcəksiniz. Nəvəm də tələbədir və o, nə qədər həvəslənib. Dünyanın heç bir yerində belə qiymət yoxdur. Şəxsən öz sahəmdən danışıram fəxri ad veriblər, evlə təmin ediblər. Qardaş Türkiyədə tez-tez səfərlərdə oluram, böyük musiqiçilərlə söhbət etmişəm və bildiriblər ki, onlar bu cür qiymətləndirilmirlər. Ümumiyyətlə, hər bir azərbaycalının borcudur ki, Xocalı ilə bağlı tədbirlərdə iştirak etsin. Xarici ölkədə olan zaman görsək ki, orda ölkəmizlə bağlı nəsə mötəbər bir tədbir var mütləq iştirak etməliyik. Bir neçə gün bundan qabaq Dərbənd şəhərində konsertdə idik və bizə bildirdilər ki, burda Heydər Əliyev parkı açılır. Mən xahiş etdim ki, bizi ora aparsınlar. Səhəri gün həmin parkda olduq. Bizim borcumuzdur ki, ölkəmizlə bağlı bu cür yerləri ziyarət edək”.xa0

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO