Yataq ağları neçə gündən bir dəyişdirilməlidir?  - Mikrobioloq məsləhəti...

Yataq ağları neçə gündən bir dəyişdirilməlidir? - Mikrobioloq məsləhəti...

Hazırda oxunan: Yataq ağları neçə gündən bir dəyişdirilməlidir? - Mikrobioloq məsləhəti...
254890
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Eyni yataq ağından uzun müddət istifadə etmək məsləhət deyil.

Nyu-York Universitetinin alim-mikrobioloqları apardıqları araşdırmalar nəticəsində bu qənaətə gəliblər.

Belə ki, yataq ağlarından uzun müddətli istifadə zamanı külli miqdarda zərərli mikroorqanizmlər və göbələklər toplanır ki, bu da allergiya və digər xəstəliklərə səbəb olur.

Mikrobioloq Filipp Tierno qeyd edib ki, insan ömrünün 1/3-ni yataqda keçirir. Bu səbəbdən də təmizlik qaydalarına əməl etməyən şəxs bakteriya və göbələk ocağına çevrilir.xa0xa0

Onun sözlərinə görə, tərdən nəmlənmiş mələfə mikroorqanizmlərin çoxalması və inkişafı üçün əlverişli vasitədir.

Mikroorqanizmlər, göbələklər, toz, heyvan tükləri və s. müxtəlif xəstəliklərin yaranmasına, allergiya və astmanın inkişafına təkan verir.

Sağlamlıq üçün neqativ nəticələrdən qaçmaq üçün yataq ağlarını ən az həftədə bir dəfə yumaq və ya dəyişdirmək lazımdır. Mikrobioloq hesab edir ki, xəstəlikdən və allergiyadan qorunmaq üçün bu, kifayətdir. (e-tibb.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO