
- A-
- A
- A+
Общество
16:02 / 08.01.2019
1 dəq oxunma
Deputatın oğlu turistləri DÖYÜB?
Hazırda oxunan: Deputatın oğlu turistləri DÖYÜB?
254168
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bu gün bəzi mətbuat orqanlarında Lerikin deputatı İqbal Məmmədovun oğlu Mirhəmid Məmmədovun dekabrın 31-də “Relax” istirahət mərkəzində dava salması ilə bağlı məlumat yayılıb.
Qeyd edilib ki, deputatın oğlu bayram günlərində tətil etmək məqsədilə “Relax”da olub və orada istirahət edən iki iranlı ilə dalaşıb. İddia olunur ki, deputatın oğlu butulka ilə iranlının birinin başına zərbə endirib, digərini isə möhkəmcə döyüb.
Milli Məclisə 78 saylı Lerik seçki dairəsindən deputat seçilənxa0 İqbal Məmmədov Modern.az-a açıqlamasında məlumatı təkzib edib.
Deputat bildirib ki, bayram günlərində özü də “Relax”da olub və yayılan məlumat həqiqətəuyğun deyil:
“Mən özüm də orada olmuşam, ailəvi bayramı rayonda qeyd etmişik. Oğlum heç kəslə dalaşmayıb və deyilənlər yalandır. Əgər belə bir şey olubsa, hüquq-mühafizə orqanları var. Özbaşınalıq deyil ki, kimsə kimisə döysün. Oğlum Türkiyədə təhsil alır. Bayramı bizimlə keçirdikdən sonra yenidən Türkiyəyə qayıdıb”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































