Müdafiə naziri:  “Azərbaycan Ordusunu dünyanın aparıcı ölkələrinin orduları ilə müqayisə etmək olar”

Müdafiə naziri: “Azərbaycan Ordusunu dünyanın aparıcı ölkələrinin orduları ilə müqayisə etmək olar”

Hazırda oxunan: Müdafiə naziri: “Azərbaycan Ordusunu dünyanın aparıcı ölkələrinin orduları ilə müqayisə etmək olar”

253446
xa0“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin orduya göstərdiyi qayğı göz qabağındadır. Azərbaycan əsgərinin təminatı yüksək səviyyədədir. Bunu xalq da görür. Tam məsuliyyətimlə deyirəm, Azərbaycan Ordusunu dünyanın aparıcı ölkələrinin orduları ilə müqayisə etmək olar”.

Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

Nazirin sözlərinə görə, hərbi hissələrdə “Açıq qapı” günləri təşkil edilir, burada əsgərlərin şəraiti, özlərinin vəziyyəti ilə tanış olmağa imkan yaradılır: “Yəni əsgər harada yatır, nə yeyir, bir sözlə necə təmin olunur...”.

Z.Həsənov “Real tv”yə müsahibəsində bildirib ki, orduda təminat məsələlərinə mülki şəxslər baxırlar: “Hazırda 20 minə yaxın mülki şəxs orduda təsərrüfat işləri ilə məşğul olur. Onlar qab yuyurlar, yemək bişirirlər, camaşırxanalarda işləyirlər. Bu həm də iş yeridir. Digər tərəfdən də, bu, əsgərləri təsərrüfat işlərindən ayıraraq döyüş hazırlığına yönəltməkdir. Əsgərlər bütün təsərrüfat işlərindən ayrılıb. Hələlik ön xəttə buna imkan yoxdur, amma mərhələli şəkildə bunu həll edəcəyik. İnanıram ki, 2019-cu ildə bu məsələ tam başa çatacaq. “Açıq qapı” elan edirik ki, gəlib baxsınlar, görsünlər. Biz özümüzü reklam etmirik. Biz gərək əsgərlərimizi təbliğ edək”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO