2019-ci ilin Günəş tutulmaları ədalətin bərqərar olacağını xəbər verir –  ELMI-LƏDUN

2019-ci ilin Günəş tutulmaları ədalətin bərqərar olacağını xəbər verir – ELMI-LƏDUN

Hazırda oxunan: 2019-ci ilin Günəş tutulmaları ədalətin bərqərar olacağını xəbər verir – ELMI-LƏDUN

251029
Əziz oxucular, tanınmış psixoterapevt və elmi-lədun bilicisi Paşa Yaqub yeni kitabını nəşrə hazırlayıb. “HƏYATINIZI DƏYİŞƏCƏK – 2019” adlanan bu kitabda müəllif, üzümüzə gələn 2019-cu ilin astronomik hadisələrini təhlil edərək, növbəti il üçün proqnozlar verib. Kitabda həmçinin, kimya, fizika, biologiya və tibb sahəsində bugünədək elmə məlum olmayan bəzi sirlər açıqlanır.xa0

Hazırda nəşrdə olan və geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabı hissə-hissə oxucularımıza təqdim edirik.xa0

(yazının əvvəlini bu linkdən oxuya bilərsiniz: //www.moderator.az/news/250874.html )xa0

”Məgər göylərdə və yerdə olanlarınxa0 Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların (hamısının), insanların isə, bəzilərininxa0 Allaha səcdə etdiyini görmürsənmi?” “Quran”, “Həcc”surəsi, 18xa0
xa0
Xəbər verildiyi kimi, 2019-ci ildə üç dəfə - 6 yanvar, 2 iyul və 26 dekabr tarixlərində Günəş tutulması baş verəcəkdir.

Günəş tutulmalarında diqqət çəkən məqamlardan biri, onların 29 ədədi altında baş verməsidir.xa0 Bu ədədin mənasını şərh etməzdən öncə, tərtib etdiyimiz cədvəli diqqətinizə çatdırırıq:


Cədvəldən göründüyü kimi, tutulmalar 355 günün (Ay təqvimi ilə bir ilin) tamamında təkrar baş verir (bu hal dörd dəfə təkrarlanır).

Gələn ilin Günəş tutulmalarının bizə ötürdüyü kodlaşdırılmış mesajları anlamaq üçün, 29 ədədinin hikmətinə nəzər salaq.xa0
Əvvəlcə qeyd edək ki, 29 ədədi Yer kürəsinəxa0 xa0işarədir. Çünkü, yerin insan yaşayan quru hissəsi 29 %-dir (yeri gəlmişkən, bu hikmət insanın anatomik quruluşunda da özünü büruzə verir. Belə ki, insan anatomiyasında mövcud olan su ilə bərk cisim 29-un 71-ə nisbətindədir).

Diqqətinizi daha bir məqama yönəldək ki, “Quran”ın 29-cu surəsi “Hörümçək” adlanır və şər qüvvələrə, bugünkü mafiya və monopoliyalara işarədir. Bildiyimiz kimi, bu gün Yer kürəsinin 29 %-də yaşayan insanlar şər qüvvələrin, mafiyaların qurduqları hörümçək torunda çabalamaqdadırlar. Qurani-Kərimdə Günəş tutulması qiyamətin əlaməti olaraq qeyd edilir. XXI əsrdə bu əlamətin (tutulmanın) 29 ədədi altında baş verməsi artıq Yer əhlinə kodlaşdırılmış xəbərdarlıq kimi qəbul edilməlidir.xa0

Sübut üçün bildirim ki, 29-cu surə 69 ayədən ibarətdir. 69 ədədi isə “Haqq olan qiyamət” surəsinin sıra nömrəsi olduğundan, “Quran”da qiyamət rəmzi sayılır.xa0
xa0Son dövrlər diktatorların hakimiyyətə gəlməsini araşdıran tədqiqatçılar bir məqama xüsusiylə diqqəti cəlb edirlər ki, onların bir çoxu hakimiyyətə 69 ədədi altında (69-cu ildə) gəlmişlər. Bu təsadüfdürmü?

xa0“Quran” məntiqinə görə həyatda təsadüf yoxdur! Bəs onda 69 ədədi nəyə işarədir?
Yuxarıda qeyd etdiyimiz kimi, 69 ədədi “Haqq olan qiyamət” surəsinin sıra nömrəsi olduğundan, bu ədəd “Quran”da qiyamət rəmzi sayılır. Firoonun prototipləri olan diktatorların da 69 ədədi altında hakimiyyətə gəlmələri və xalqları hörümçək kimi tora salaraqxa0 əsarətdə saxlamalarıxa0 bizə qiyamətin yaxınlaşdığını xəbər verir.xa0
Diktatorları təsadüfən hörümçəyə bənzətmədik. Burada da bir riyazi əlaqə vardır. Belə ki,xa0 “Hörümçək” surəsinin sıra nömrəsi 29xa0 xa0olmaqla, şər qüvvələrə, tor quranlara, müasir dildə desək mafiya və monopoliyalaraxa0 işarədir. Maraqlıdır ki, 29-cu surə məhz 69 (!) ayədən ibarətdir.xa0 xa0

Bu fakt onu göstərir ki,xa0 69-cu və 29-cu surələr həm mahiyyətcə, həm də riyazi yolla biri-birinə bağlanırlar. Sübut üçün daha bir dəlil gətirim: 29 ədədi (29-cu ayə) müqəddəs kitabda məhz 69 dəfə keçir (“Quran”ın altmış doqquz surəsində 29-cu ayə var; qalan surələrdə ayələrin sayı 29-dan azdır).

Qeyd edək ki, 29 ədədi həm də, Yerin insan yaşayan (quru) hissəsinə işarədir. Fironun prototipləri olan diktatorların 69-cu ildə hakimiyyətə gəlməsi ilə 29 faizlik Yerdə zülmün əsası qoyuldu və mafiyalar bəşəriyyəti hörümçək kimi tora saldılar. Onların qurduqları dövlətlər də mafiya tipli dövlətlərdir (yaxud, dövlət tipli mafiyalardır).xa0

Fərəhli haldır ki, elm və peyğəmbərlik əsri olan XXI əsr başlayandan bəri, bu hörümçək toru dağılmağa başlayıb və Yaradanın iradəsi ilə bu proses irəliləməkdədir. Bu da təsadüfü deyildir. Belə ki:

29 x 69 = 2001

Gördüyümüz kimi bu hikmətli ədədlərin hasili XXI əsrin başlanğıcını göstərir. Xatırladaq ki, 21 ədədi “Peyğəmbərlər” surəsinin sıra nömrəsi olduğundan bu ədəd “Quran”da elm, kamillik və peyğəmbərlikxa0 rəmzi sayılır.

Diktatorların əsasən Şərq ölkələrində hakimiyyətə gəlməsini əsas götürən ateistlər bunu İslam dini ilə əlaqələndirmək kimi uğursuz cəhdlər edirlər.
Məsələyə açıq gözlə baxdıqda isə, bunun tam əksini görmək mümkündür. Yəni, 29 faiz Yerin hər tərəfində zalımları hakimiyyətə gətirən, mafiya tipli dövlətləri yaradanxa0 və bu günədək onarın hakimiyyətini hər vəclə qoruyub saxlayan əslində qeyri müsəlmanlar - yahudi və xaçpərəstlərdir. Bunu görmək üçün heç də yüksək savad tələb olunmur. Sadəcə, azacıq gözüaçıq olmaq yetərlidir.

2019-cu ilin Günəş tutulmalarının elmi-lədun təhlili göstərir ki, Yaradan yolun azmış, bəşəri dəyərlərdən uzaqlaşmış insanlara, və onlarınxa0 rəhbərlərinə xəbərdarlıq edir ki, tövbə edib, doğru yola qayıtsınlar və bir-birlərinə züm etməkdən çəkinsinlər. Əks halda xalqları və onlarınxa0 rəhbərlərini ağlasığmaz bəlalar gözləyir. Hesablamalarımız 2019-cu ildə mafiya tipli dövlətlərin dağılacağını və pangeyizm dövrünün başlayacağını xəbər verir.
Dünyada baş verən və günü-gündən intensivləşən fəlakətlərə açıq gözlə baxsaq yolun azmış bəşəriyyətin necə cəzalandığını hər gün görə bilərik.xa0
xa0"Elə isə onlardan ötrüxa0 tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq".xa0 “Quran”, 19:84

Onu da qeyd edək ki, Ay tutulmalarında olduğu kimi, Günəş tutulmaları da 858 gündən bir təkrarlanır ki, bu da diqqəti bütün elmlərin mənbəyi olan “Quran”a yönəldir:xa0 (bax: aşağıdakı cədvələ)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO