Havaya atdığı tullantıya görə 2500 manat cərimələndi

Havaya atdığı tullantıya görə 2500 manat cərimələndi

Hazırda oxunan: Havaya atdığı tullantıya görə 2500 manat cərimələndi

248864
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində fəaliyyət göstərən metaləritmə sexindən ətrafa tüstü və qoxunun yayılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb və monitorinq keçirilib.

Nazirlikdən Moderator.az-a verilən məlumata görə, atmosfer havasından nümunələr götürülüb və analizlər aparılıb.

Analizlərin nəticələrinə görə havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı sexin sahibi Ümüdvar Ağayev barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub.

Atmosferə atılan tullantıların qarşısının alınması məqsədilə sex sahibinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO